- Köhnə - Cəmiyyət
- 8 May 2017 16:03
- 23 061
Quranı tərcümə edən alim: “Dəstəmazın namazla heç bir əlaqəsi yoxdur”
“Məhəmməd peyğəmbər İslama qədər cahiliyyət dövrünün inancında olub”
AzNews.az xəbər verir ki, Modern.az saytının budəfəki həmsöhbəti fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Sabirə Dünyamalıyevadır.
Sabirə Dünyamalıyeva Quranı tam yeni variantda tərcümə edib. Tərcümə və redaktə işləri bitsə də, Sabirə xanım deyir ki, müəyyən səbəblərdən kitab hələ çapa verilməyib.
Quranın ənənəvi tərcümələrindən fərqli formada dilimizə çevrilməsinin hansı zərurətdən doğması haqda sualla söhbətə giriş edirik.
- Sabirə xanım, Quranı yeni variantda tərcümə etmisiniz. Bu vaxta qədər də tanınmış alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu da Quranı Azərbaycan dilinə tərcümə edib. Bəs siz hansı zərurətdən Quranı yeni variantda tərcümə etmək qərarına gəldiniz?
- Mən Ziya Bünyadov və Vasim Məmmədəliyevin birgə tərcümə etdiyi Quranı oxudum. Düzünü deyim ki, mənim üçün çox şey anlaşılmadı. Ayələri izah edən mötərizələr həddindən artıq çox idi. Bu mötərizələrin çoxu müəllif sözləri olduğu üçün çox qəribə mənzərə yaranır. Bu tərcümədə sistem yoxdur.
Sonra düşündüm ki, daha da dərinə getmək lazımdır. Müsəlman inandığı müqəddəs kitabı tam başa düşməlidir. Başa düşmədən necə yaşaya bilər?!
Mən ilahiyyatçı Mustafa İslamoğludan tam kurs təfsir dərsləri aldım. Bu, 300 saatlıq dərs idi. Amma yenə də suallar, ziddiyyətlər meydana çıxdı. Halbuki, Allah Quranda “İsra” surəsinin 88-ci ayəsində buyurur:
“De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir–birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, gətirə bilməzlər”.
Halbuki, Quranın özündə heç bir ziddiyyət yoxdur. Ancaq surələr, ayələr enmə sırası ilə düzülməyib və tərcümələr elə olunub ki, orada həddindən artıq paradoksal məqamlar gözə dəyir.
Mustafa İslamoğludan aldığım dərslər də məni qane etmədi. Mən yenə də araşdırmağa başladım. Bir çox türk müəlliflərinin tərcümələrini oxudum. Daha sonra iranlı müəlliflərin tərcümələrini. Şeyx Ənsarinin bütün yazılarını oxudum.
Daha sonra dinlər tarixini tədqiq etdim. Gördüm ki, bütün dinlərin kökü eyni yerə, eyni mənbəyə gedib çıxır. Və bütün dinlərdə yaradılış eyni cür izah olunur.
Ümumilikdə dinləri və Quranı 8 ildir ki, araşdırıram. 8 ildə Quranı oxumadığım, daha doğrusu araşdırmadığım bir gün olmayıb.
3 il əvvəl Haqqı Yılmazın dərslərini aldım. Məəttəl qaldım. Ona yazdım: “Qardaş, mənim bütün suallarıma siz cavab verdiniz. Siz bütün insanların suallarına elmi cavablar vermisiniz. İcazə verin, sizin tərcümənizi Azərbaycan dilinə çevirim”.
Və Haqqı Yılmaz icazə verdi.
Mən elm adamıyam. Elə şeylər var ki, onu ya elm sübut etməlidir, ya da Quranda hansısa ayə bunu göstərsin. Ola bilər ki, Quranda yazılıb, hələ elmdə kəşf olunmayıb, ancaq kəşfini gözləyir.
- Elmdə nəsə kəşf edilməyibsə bu, “Quranda kəşf olunub” deyə bir anlama gəlmir axı. O başqa məsələ ki, kimlərsə Quranı elə yozur ki, hansısa bir ayə bizim nəzərimizdə gələcək kəşflərin müjdəçisi təəssüratı bağışlayır. Siz haradan bilirsiniz ki, Quranda hər şey kəşf olunub?
- Elmin sübut etdiyi hər bir şey Quranda öz əksini tapıb. Biz bunu Quranda görürüksə və elmi kəşflər ondan əsrlər sonra baş veribsə, deməli, Quranda olan sirlər açılıb. Ona görə də mən düşündüm ki, cəhalətə inanmaq lazım deyil. Quranda olmayan informasiyalara inanmaq lazım deyil. İnformasiyanı Quran verməlidir. Sizə elementar bir nümunə çəkəcəyəm. Adəm və Həvva, Habil və Qabil əhvalatını hər kəs bilir. Tərcümələrdə “Maidə” surəsinin 27-ci ayəsi belədir:
“Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə...”
Burada hamı izah edir ki, Adəmin iki oğlu Habil və Qabildir. Halbuki, bu adlar Quranda çəkilmir. Amma əslində Quranın ərəbcəsində belədir: “Onlara iki Adəm oğlunun xəbərini də haqqıyla oxu ...”.
Burada “Adəmin iki oğlu kimdir” sualı ortaya çıxmır. Amma tərcümələrdə bu sual yaranır. 2 Adəm oğlu siz və bizdir. Yəni 2 insan bir-birini öldürdü. Daha durub uydurmaq lazım deyildi ki, Habil və Qabil nəyəsə görə qan tökdü. Təsəvvür edin, bir cümlədə bir sözün yerini dəyişməklə görün məna nə qədər təhrif olunur!
- Sabirə xanım, Tövrat da səmavi kitab hesab olunur. Orada da yazılıb Habil və Qabil əhvalatı. Bilirəm, deyəcəksiniz ki, o, təhrif olunub.
- Tövratın təhrif olunduğunu demirəm. Amma orijinalının olmadığını deyirəm. Tövratın orijinalı yoxdur. Allah Quranda yazır ki, bu Quran Onun tərəfindən qorunur və heç bir dəyişikliyə uğramayıb.
“Hicr” surəsinin 9-cu ayəsində yazılıb: “Heç şübhəsiz, Biz, o Öyüdü– Quranı Biz endirdik, Biz. Və tam yəqinliklə bilin ki, Biz, onun üçün qoruyucularıq”.
Sadəcə, Quranda sətirlərin, ayələrin yeri - düzülüşü dəyişib. Məsələn, bir surədə bir söhbət gedir. Bu söhbətin başlanğıcı yoxdur, sonra isə bu söhbət başqa bir yerə calanır. Bu necə olub? Olmazdı ki, Quran Allahdan necə gəlibsə, o şəkildə sıralanardı?
- Maraqlı bir məqama gəlirik. Hamı, xüsusən də, ilahiyyatçılar çox böyük şövqlə deyirlər ki, Tövratın orijinalı yoxdur. Haradan bilirsiniz ki, yoxdur?
- Onu bizə Allah Quranda deyir.
“Əraf” surəsinin 162-ci ayəsinə baxaq: “Sonra onların içindən bir qisim yanlış–öz zərərlərinə iş edənlər, sözü, özlərinə söylənəndən başqa sözə dəyişdirdilər. Biz də yanlış–öz zərərlərinə iş etdiklərindən dolayı üzərlərinə göydən bir cəza göndərdik”.
“Bəqərə” surəsinin 59-cu ayəsinə nəzər yetirək: “Buna görə də o şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən kimsələr, sözü, özlərinə söylənildiyindən başqa bir şəklə dəyişdirdilər. Biz də etmiş olduqları haqq yoldan çıxmaq qarşılığında o şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən kimsələrin üstünə göydən bir əzab endirdik”.
“Maidə” surəsi 13-cü ayə: “Sonra da sözlərini pozmaları səbəbi ilə onları kənarlaşdırdıq və qəlblərinə qatılıq qoyduq. Onlar kəlməni/sözü yerlərindən/öz anlamlarından dəyişdirdilər. Öyüdləndiklərinin önəmli bir bölümünü də tərk etdilər. İçlərindən çox azı xaric, onlardan daima bir xainlik görərsən. Yenə də sən, onları əfv et və ürəyinə salma. Şübhəsiz Allah, yaxşılıq–gözəllik edənləri sevər”.
- Quran ilahi bir kitab hesab olunur. Bu öz yerində. Amma yeganə, alternativi olmayan bir informasiya mənbəyi hesab oluna bilməz. Tarix deyilən bir şey də var. 1947-ci ildə Tövratın orijinalı tapılıb.
- Bir nüsxəsi tapılıb. Allah özü Quranda yazır ki, Musa peyğəmbərin ölümündən sonra Əzra deyilən bir alim, Musa peyğəmbərə nazil olanları əzbərdən deyib. Tövrat əzbərdən yazılan insan sözləridir.
Mən Haqqı Yılmazın tərcümələrini oxuyuram. Çox gözəl nailiyyətlər var. Halbuki, türk alimlərinin çoxu suallarının cavablarını Tövratdan, İncildən götürürlər. Təbii ki, Haqqı Yılmaz istisnadır. Bütün sualların cavabları Qurandadır. Ayrı yerə getmək lazım deyil.
Allah “Hud” surəsində deyir ki, Quran açıq şəkildə izah olunmuş bir kitabdır.
Əlif, Lam, Ra. Bu Quran, Allahdan başqasına qulluq etməyin–sadəcə Allaha qulluq edin deyə, ayələri, şərik qoşaraq edilən yanlışı–öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləşdirilmiş–pozulması əngəllənmiş, bir də ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan–sağlam edən, hər şeyin iç üzünü–gizli tərəflərini də yaxşı bilən tərəfındən ətraflı olaraq açıqlanmış bir kitabdır: “Şübhəsiz, Mən sizin üçün Onun tərəfındən bir xəbərdar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəlcə faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, Mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnızca Allahadır. Və O hər şeyə gücü çatandır”.
Allah bu sözü deyirsə, biz cavabı başqa yerdə niyə axtarırıq?
Burada “Adəmin iki oğlu kimdir” sualı ortaya çıxmır. Amma tərcümələrdə bu sual yaranır. 2 Adəm oğlu siz və bizdir. Yəni 2 insan bir-birini öldürdü. Daha durub uydurmaq lazım deyildi ki, Habil və Qabil nəyəsə görə qan tökdü. Təsəvvür edin, bir cümlədə bir sözün yerini dəyişməklə görün məna nə qədər təhrif olunur!
- Sabirə xanım, Tövrat da səmavi kitab hesab olunur. Orada da yazılıb Habil və Qabil əhvalatı. Bilirəm, deyəcəksiniz ki, o, təhrif olunub.
- Tövratın təhrif olunduğunu demirəm. Amma orijinalının olmadığını deyirəm. Tövratın orijinalı yoxdur. Allah Quranda yazır ki, bu Quran Onun tərəfindən qorunur və heç bir dəyişikliyə uğramayıb.
“Hicr” surəsinin 9-cu ayəsində yazılıb: “Heç şübhəsiz, Biz, o Öyüdü– Quranı Biz endirdik, Biz. Və tam yəqinliklə bilin ki, Biz, onun üçün qoruyucularıq”.
Sadəcə, Quranda sətirlərin, ayələrin yeri - düzülüşü dəyişib. Məsələn, bir surədə bir söhbət gedir. Bu söhbətin başlanğıcı yoxdur, sonra isə bu söhbət başqa bir yerə calanır. Bu necə olub? Olmazdı ki, Quran Allahdan necə gəlibsə, o şəkildə sıralanardı?
- Maraqlı bir məqama gəlirik. Hamı, xüsusən də, ilahiyyatçılar çox böyük şövqlə deyirlər ki, Tövratın orijinalı yoxdur. Haradan bilirsiniz ki, yoxdur?
- Onu bizə Allah Quranda deyir.
“Əraf” surəsinin 162-ci ayəsinə baxaq: “Sonra onların içindən bir qisim yanlış–öz zərərlərinə iş edənlər, sözü, özlərinə söylənəndən başqa sözə dəyişdirdilər. Biz də yanlış–öz zərərlərinə iş etdiklərindən dolayı üzərlərinə göydən bir cəza göndərdik”.
“Bəqərə” surəsinin 59-cu ayəsinə nəzər yetirək: “Buna görə də o şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən kimsələr, sözü, özlərinə söylənildiyindən başqa bir şəklə dəyişdirdilər. Biz də etmiş olduqları haqq yoldan çıxmaq qarşılığında o şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən kimsələrin üstünə göydən bir əzab endirdik”.
“Maidə” surəsi 13-cü ayə: “Sonra da sözlərini pozmaları səbəbi ilə onları kənarlaşdırdıq və qəlblərinə qatılıq qoyduq. Onlar kəlməni/sözü yerlərindən/öz anlamlarından dəyişdirdilər. Öyüdləndiklərinin önəmli bir bölümünü də tərk etdilər. İçlərindən çox azı xaric, onlardan daima bir xainlik görərsən. Yenə də sən, onları əfv et və ürəyinə salma. Şübhəsiz Allah, yaxşılıq–gözəllik edənləri sevər”.
- Quran ilahi bir kitab hesab olunur. Bu öz yerində. Amma yeganə, alternativi olmayan bir informasiya mənbəyi hesab oluna bilməz. Tarix deyilən bir şey də var. 1947-ci ildə Tövratın orijinalı tapılıb.
- Bir nüsxəsi tapılıb. Allah özü Quranda yazır ki, Musa peyğəmbərin ölümündən sonra Əzra deyilən bir alim, Musa peyğəmbərə nazil olanları əzbərdən deyib. Tövrat əzbərdən yazılan insan sözləridir.
Mən Haqqı Yılmazın tərcümələrini oxuyuram. Çox gözəl nailiyyətlər var. Halbuki, türk alimlərinin çoxu suallarının cavablarını Tövratdan, İncildən götürürlər. Təbii ki, Haqqı Yılmaz istisnadır. Bütün sualların cavabları Qurandadır. Ayrı yerə getmək lazım deyil.
Allah “Hud” surəsində deyir ki, Quran açıq şəkildə izah olunmuş bir kitabdır.
Əlif, Lam, Ra. Bu Quran, Allahdan başqasına qulluq etməyin–sadəcə Allaha qulluq edin deyə, ayələri, şərik qoşaraq edilən yanlışı–öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləşdirilmiş–pozulması əngəllənmiş, bir də ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan–sağlam edən, hər şeyin iç üzünü–gizli tərəflərini də yaxşı bilən tərəfındən ətraflı olaraq açıqlanmış bir kitabdır: “Şübhəsiz, Mən sizin üçün Onun tərəfındən bir xəbərdar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəlcə faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, Mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnızca Allahadır. Və O hər şeyə gücü çatandır”.
Allah bu sözü deyirsə, biz cavabı başqa yerdə niyə axtarırıq?
- Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi ilə bağlı çox irad eşidirəm. İzahlarda nöqsanlar ola bilər, bəs siz konkret nəyi bəyənmirsiniz?
- Bayaq düzülüş məsələsinə toxundum. Ənənəvi düzülüş hamının bildiyi mifologiyadır. Sizə bir misal çəkim. “Fəth” surəsində yazılıb:
“Məhəmməd, Allahın elçisidir. Allahın elçisi Məhəmməd və onunla bərabər olan kimsələr kafirlərə–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələrə qarşı sərt, öz aralarında mərhəmətlidirlər.
Sən onları, Allahın lütfündən və bir məmnunluq istəyərək Allahın birliyini öyrədənlər, boyun əyib təslimiyyət göstərənlər olaraq görərsən. Onların Allaha təslimiyyətlərindən nişanları, bütün varlıqlarında bəlli olur. Bu, onların Tövratdakı nümunələridir. Onların İncildəki nümunələri də filizini yarıb çıxarmış, sonra onu qüvvətləndirərək qalınlaşmış, sonra da gövdəsi üzərinə dikilmiş bir əkin kimidir. Bu, əkinçilərın da xoşuna gedər. Allah, onlardan iman edən və düzəltmək yönündə işlər görən kimsələrə bağışlama və böyük bir mükafat söz verib.
Amma Ziya Bünyadov, Vasim Məmmədəliyev tərcüməsində bu ayənin qarşısında mötərizə açıb “alınlarındakı möhür izindən” yazıblar:
"Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir (qiyamət günü onlar üzlərindəki möminlik nuru, alınlarındakı möhür yeri ilə tanınarlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirib, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran edib. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd edib" (əl-Fəth, 29 – A.K).
Dünyada olan müsəlmanların 7 faizi şiədir, yerdə qalanları isə digər təriqətlərdən. Vasim Məmmədəliyev və Ziya Bünyadovun tərcüməsindən belə çıxır ki, müsəlmanların cəmi 7 faizi cənnətə düşəcək. Məsələni bu şəkildə konkretləşdirməyi düzgün hesab etmirəm.
- Möhür məsələsində sizinlə razıyam. Bəs siz düşünürsünüz ki, Ziya Bünyadovla Vasim Məmmədəliyev ərəb dilini yaxşı bilməyiblər? Mötərizə məsələsini anladım, bəs mötərizəyə qədər olan hissələrdə də səhv tərcümələr var?
- Bəli. Rəhmətlik Ziya Bünyadov ərəb dilini bilirdi. Vasim Məmmədəliyev də bilir. Amma səhv bunlardan başlamayıb. Səhv Əməvilərin dövründən başlayıb. Surələrin, ayələrin yerini o zamandan dəyişiblər. Problem buradan başlayıb.
- Quranda ayələrin yerinin dəyişdiyini deyirsiniz, bu əslində dinlə maraqlanan hər kəsin bildiyi şeydir. Bu təbiidir, çünki Quran peyğəmbərin ölümündən sonra kitab halına salınıb. Məhəmməd peyğəmbərə vəhy gələn ayələr daşlara, ağaclara dəri üzərlərinə yazılırdı. Onun ölümündən sonra isə bu vəhyləri əzbər bilənlər kitabın yığılmasında böyük rol oynadılar. Amma belə bir sual çıxır ortaya? Həmin vəhyləri əzbər bilənlər ayələri qələmə alanlara onları diktə edəndə yanlışlığa yol verə bilməzdi?
- Bir gündə qəsdən hafizlərdən 70 nəfərini birdən öldürürdülər. Ayələr düzdür, amma yeri yanlış düzülüb. Ona görə də Haqqı Yılmaz bunu nücum sırası ilə tərcümə edib. İlahiyyatçı dünyagörüşü ilə yox, ərəb dilini bilən bir dünyagörüşü ilə tərcümə edib.
Allah Quranda bildirir ki, bu kitabı ərəb dilində göndərib ki, onu anlasınlar. Deməli, Quranı ərəb dilindən anlamaq lazımdır.
- Düzü, maraqlı gəldi mənə. Xahiş edirəm başqa nümunələr də gətirin.
- Mən 8 il bundan əvvəl Quranı internetdən götürüb “Word” variantına çevirdim. Və əlimə Vasim müəllimin tərcümə etdiyi Quranı götürdüm. Namazlarla bağlı ayələri “copy paste” etdim. 173 ayədə namaz sözü çıxdı. Bəs əslində necədir? Sən demə 173-ün 137-si namaz yox, salaatdır. Bu, başqa şeydir. “Namaz” sözü nə ərəb, nə türk sözüdür. “Namaz” sözü bizim dilə fars dilindən, onlara isə sanskritcədən keçib.
Təəssüf ki, dinlə siyasətin içinə girmək istəyirlər. Şiəlik, sünnilik siyasətdir. Bunlar dinin orijinalı deyil ki!
- Dedim ki, hafizlər Quranın yığılması zamanı yanlışlığa yol verə bilərlər...
- Hafizlər yanlışlığa yol verə bilməzdilər. Onlar Quranı əzbər bilirdilər.
- Məntiqi mühakimə yürüdək. Məhəmməd peyğəmbər vəfat edib və onun ətrafında olanlar ona gələn vəhyləri diktə edirlər. Bəs bu diktə zamanı yanlışlıq ola bilməz? Peyğəmbər özü də artıq həyatda yox idi ki, kimsə həmin hafizlərin yanlış və ya düz dediyini bilsin.
- Bilirəm, bunlar mübahisəli məqamlardır. Sizə bir faktı deyim, hər şey aydın olacaq. Peyğəmbərimiz vəfat edəndə cəmi 17 nəfər onun dəfnində iştirak edib. İnsanlara əsl islam sərf etmirdi. Çünki əsl islama əməl etsə, faizlə pul verə bilməyəcəkdi, zəngin ola bilmirdi. Çünki insanlarla eyni səviyyədə olmağı həzm edə bilmirdilər. Söhbət sosial bərabərlikdən gedir. Bunlar çoxuna sərf etmirdi. Bu baxımdan peyğəmbərimizin dəfnində cəmi 17 nəfər iştirak etmişdi.
- Quranın yığılması prosesində peyğəmbərə gələn ayələrdən hər hansı biri kitaba keçməyə bilərdimi? Bəzi mənbələrdə var ki, əvvəllər rəcm, yəni daş-qalaqla bağlı ayə olub, o sonradan Qurandan çıxarılıb ya da ora salınmayıb. Mən bilmirəm dəqiq necə olub. Amma bir praktika var ki, müsəlman ölkələrinin bəzilərində icra olunur. O da daş-qalaq edilmədir. Deməli, bu, öz mənbəyini haradansa götürüb.
- Mənbəyini keçmişdən götürüb. Bizim yaşadığımız bəzi adətlər ərəbin islamdan öncəki adətləridir. Xəlifəlik dövrü bizə İslamı yox, ərəbin keçmiş adətlərini gətirdi. Siz dediyiniz rəcm adəti xristianlıq, yəhudilik adətlərində də olub. Ənənə kimi bizlərə oradan keçib. Quranda isə daş-qalaq deyə bir şey yoxdur.
Mustafa İslamoğlunun dərslərini dinləyirəm. O bir nəfərin başına gələn hadisədən danışır. Deyir:
“Bir nəfər evində oğru tutur. Onu peyğəmbərimizin yanına gətirir. Deyir ki, bunun qolu kəsilməlidir. Çünki ayə var ki, Allahdan cəza olaraq oğrunun sağ əli kəsilməlidir. Bu zaman peyğəmbərimizin rəngi qaçıb, bənizi ağarıb ki, bu adamı gətirməmişdən qabaq bağışlamaq lazım idi”. Mən buna inanmadım, çünki o cür mərhəmətli peyğəmbər qol kəsmək prosesini istəməzdi, buna inanmazdı.
Bundan əvvəl zina məsələsi də olub. Zinaya görə Quranda cəldə vurulması nəzərdə tutulub.
- Sabirə xanım, zina edənin cəzası Qurana görə 100 dəfə qamçılanmaqdır. Cəldə nədir?
- Qamçı deyil, tərcümələrdə səhv var. “Cəldə” sözü “cild” sözündəndir. Bu, simvolik olaraq vurmaqdır ki, kapilyarlar partlayıb, dərini qızartmasın. Yəni zina edənləri simvolik, yavaşca vurmaqdır. Bu, kütlə içərisində icra olunan prosesdir. Məqsəd zina edənlərin rüsvay olmasıdır.
- Kütlə içərisində gəlib yavaşca 100 dəfə simvolik vurmaq yaxşı bir şeydir ki?
- Kütlə içərisində rüsvay edilirlər. Onlara simvolik olaraq 100 dəfə vuranda camaat da görəcək və bunun cəza olduğunu anlayacaq. Bu zaman kütlə də “Ay Allah, mən də etsəm, mənim də cəzam belə olacaq” deyə düşünüb zinadan qaçar. İslamda cəza növlərindən biri də ibrətdir.
Zinanın geriyə dönüşü yoxdur. Oğurluğun isə geriyə dönüşü var. Yəni, oğurladığı malı, pulu qaytarmaq olur. Ya da satıbsa, onun əvəzini verə bilər. Ya da oğurluq psixoloji xəstəlikdirsə, müalicə oluna bilər.
Mən təəccüb etdim, necə olur ki, Allah geriyə dönüşü olmayan zinaya görə cəldə cəzası verir, amma geriyə dönüşü olan oğurluğa görə, əl kəsmək cəzasını verir? Deməli, burada problem tərcümədədir. “Əl” sözü tərcümədə həm də “güc” mənasını verirmiş. Allah əslində Quranda buyurur ki, oğurluq edənin gücünü kəsin. Bu “güc” nədir? Bu güc onu oğurluğa sövq edən səbəbdir! Məsələn, birinin uşağı xəstədir dərman ala bilmir, özü işsizdir. Allah buyurur ki, insanlar bu problemi aradan qaldırsın, belə adamlara ixtisas, sənət, iş versinlər.Və ya xəstədirsə, onu müalicə etsinlər. Kiminsə qolunu kəsməklə bu problem aradan qalxmır.
- Türk alimlərindən, xüsusilə Haqqı Yılmazdan öyrənmisiniz, bəlkə də ən düzünü etmisiniz. Amma mənə görə, türk alimləri başdan-ayağa manipulyasiya ilə məşğuldurlar. Din öz sehri, möcüzəsi, mifik düşüncəsi ilə daha cazibədardır. Dini bu qəliblərdən çıxardıb elmi, rasional çərçivəyə salmaq cəhdlərində isə bu cazibədarlıq itir. Sizdə də bunu hiss edirəm. Çalışırsınız ki, dini rasional cığıra salasınız. Bu, din olmur. Bəs dinin mistikası, sehri, möcüzəsi hara getdi?
- Siz dediyiniz inancdır, din deyil. “Din xalqın tiryəkidir” sözünü əbəs yerə demirdilər. Din borcluluq, məsuliyyət hiss deməkdir. Dini yaşamaq üçün insanın məsuliyyət hissi olmalıdır. Sizi başa düşürəm, dinə mifologiya girməlidir, onun bir şirinliyi olmalıdır. İnsanlar qorxmalıdır. Amma bunlar başqa məsələlərdir. Xof, mifologiya, qorxu artıq inancdır, din deyil.
- Dində də bu qorxutmaq var axı.
- Bu qorxu Allah qarşısında qorxudur, vicdan əzabıdır.
- Cəzalar islah üçündür. Məsələn, ağır cinayətkara 15 il iş kəsirlər ki, o islah olunsun. Yəni ağır cinayətkar gedib cəzasını çəkib normal fərd olsun. Amma Quranın özündə kafirləri əbədi cəza gözlədiyi bildirilir. Bu isə birmənalı olaraq islah deyil. Allahın mərhəməti bu qədərdir ki, bir insan kafir olduğuna görə, əbədi od içində yanır?
- Gəlin, öncə cənnəti təsəvvür edək. Təsəvvürlərə görə, cənnət bağı, meyvəsi, kölgəliyi olan, ağacları altından saf sular axan bir məkandır. Və insanlar bir-birinə qarşı Allahın dediyi kimi rəftar edirlər. Mən Allahın əmrlərinin siyahısını çıxarmışam. O deyir ki, qeybət etməyin, bir-birinizi kölə vəziyyətinə salmayın, bir-birinizi öldürməyin, kin bəsləməyin və s.
Bu əmrlər indi də bir yerə yığılıb icra olunsa, bu, cənnətdir. Yəni bu cür insanlar bir yerə yığışsa, bu cəmiyyət cənnətdir. İnsanı islah etmək bu cəmiyyəti yaratmaq üçündür. Cənnət və ya cəhənnəmdən sonra bir həyat yoxdur ki, insan islah olunaraq ora göndərilsin.
Cənnət və cəhənnəm ayrılıbsa, burada ikinci bir proses olmayacaq, yəni bir də diriliş olmayacaq. Buna görə də cəhənnəm islah üçün deyil. Təbiətə baxaq. Bir bar verən və kölgəsi olan ağac təsəvvür edək. Bir də bar verməyən, amma kölgəsi olan ağac. Bir də var qurumuş ağac. Qurumuş ağacları nə edirlər? Kəsib yandırırlar. Cənnət və cəhənnəm də həmin məsələdir. Bar verən saxlanılır. Söyüd kimi kölgəsi olanlar da saxlanılır. Amma tamamilə qurumuş ağaclar kəsilir, yandırılır.
- Quranda qadının zina etməsini sübut etmək üçün 4 şahidin gətirilməsi vacib buyurulur. Bu ayənin gəlməsinin hansısa tarixi bir hadisə ilə bağlayırlar. Mən tarixi haqda bir şey deməyəcəyəm. Amma bu ayəni oxuyanda həmin tarixi mənbələrə də inam yaranır. Çünki ayə və bu ayəni zəruri edən proses arasında güclü, məntiqi əlaqə qurulub. Siz nə deyəcəksiniz?
- Bilirəm hansı hadisəni deyirsiniz, heç onu xatırlamaq da istəmirəm. Başqa bir misal çəkəcəyəm. Quranda “İnşirah” surəsi var. Allah burada Məhəmməd peyğəmbərə deyir: “Sənin köksünü açıb genişlətmədikmi?! Sən azmışdın, sənə düz yolu göstərmədikmi?!”.
Məhəmməd peyğəmbərə peyğəmbərlik 40 yaşında gəlib. Amma peyğəmbərliyə qədər də onun yaşamı olub. Durub bizlərə hədis danışırlar ki, peyğəmbər süd anasının oğlu ilə oynayarkən mələklər gəlib onu yerə yıxdı və qəlbini çıxardıb, ləyəndə yudu, yenidən tikib yerinə qoydu. Bu zaman insan düşünür ki, adi insan günahsız, təmiz ola bilməz. Çünki Allah o şəkildə bizim qəlbimizi mələklərə çıxartdırıb, yuduzdurub yerinə qoydurmayıb.
Bu kimi şeylər dini maddiləşdirməkdir. Mən dediyim surə qəlbini genişləndirməkdir. Həqiqətən də islamın düzünü biləndə bilmədiyin həyata təəssüf edirsən.
İnsan Quranı düzgün biləndən sonra qəflət yuxusundan ayılır. Sosial diriliş budur.
Ola bilər ki, siz dediyiniz kimi tarixi faktla ayə üst-üstə düşsün. Amma hər dəfə hamısını tarixi hadisə ilə bağlı uzlaşdırmaq düzgün deyil.
Zinanı sübut etmək üçün zatən 4 şahidi bir yerdə gətirmək mümkün deyil.
- Elə məsələ budur da, mən də onu vurğulamaq istəyirəm.
- Ona görə də Allah deyir ki, kimsənin gizli sirrini aşkar edib aləmə yaymayın. Qadınlar kişilər var ki, başqa bir həmcinsini özünə dost bilir, ona sirrini deyir. Sabah isə bu sirr aləmə yayılır.
- Çox paradoksal bir məqama gəldiniz. Bir yandan deyirsiniz ki, Allah heç kimin sirrini yaymamağı buyurur. Nə gözəl! Amma zinadan danışanda deyirsiniz ki, Quran zina edənləri rüsvay etməyi buyurur. Bu zina edənlərin sirrini yaymaq deyil?
- Dedik axı, zinanı sübut etmək üçün 4 şahid gətirilməlidir.
- Deyək ki, kiminsə bir başqasına qarşı qərəzi, kini var və o adam yalandan şahidlik edir. Bunu necə müəyyən edəcəklər?
- Yalandan şahidlik etməyin özünün də cəzası var – 80 cəldə. Yalan danışanın şahidliyi heç zaman qəbul olunmur. Bu qədər sirr üzə çıxmaya bilməz axı. Allah hər bir prosesi idarə edir. Peyğəmbəri həyatını öyrənmək üçün Quranda yazılanlara baxmaq lazımdır. Hədislərdə yazılanlara yox. Quranda peyğəmbərin həyatı bütünlüklə izah olunub. Məhəmməd peyğəmbərin zamanında olan bütün hadisələrə Allah anında müdaxilə edib, ayələr göndərib. Məsələn, “Əbəsə” surəsində Məhəmməd peyğəmbərin Quran oxuduğu yerdə bir korun içəri girməsi və peyğəmbərin ondan üzünü döndərməsi yazılıb. Allah “Əbəsə” surəsini göndərməklə hadisəyə dərhal müdaxilə edir və peyğəmbərə belə etməməli olduğunu anladır.
- Məhəmməd peyğəmbər oğulluğa götürdüyü Zeydin xanımı Zeynəbə aşiq olur və Zeyd onu boşayır. Həmin qadın nəticədə Məhəmməd peyğəmbərin xanımı olur. “Əhzab” surəsinin 37-38-ci ayələrini məndən də yaxşı bilirsiniz. Başqa zaman deyirlər ki, Quran yeganə mütləq doğru olan informasiya mənbəyidir. Bu ayələrdə konkret yazılır ki, Məhəmməd peyğəmbər Zeydin arvadını istəyirmiş. Bunu başqa cür yozmağa nə ehtiyac var? Bu ayələri öz həqiqi mənasından çıxarıb ona başqa məna yükləmək nəyə lazımdır? Nəticə budur ki, Məhəmməd peyğəmbər aşiq olduğuna görə oğulluğunun arvadını öz xanımı etmişdi.
- Biz burada “peyğəmbər Zeynəbə aşiq olmuşdu” deyə bilmirik. Peyğəmbər aşiq olmaqdan evlənməyib ki! Peyğəmbər 13 arvadı aşiq olduğuna görə alıb? Əlbəttə ki, yox. Bu evlənmək aşiq olmaq demək deyil ki! Peyğəmbərin xanımlarının çoxu yazıb-oxumağı bilənlər olub. Təsəvvür edin, Quranda birbaşa Allahın dediyi sözlər var. Bunu naməhrəm qadınlara peyğəmbərin izah etməyi o dövrdə mümkün deyildi. Peyğəmbər yalnız bunu öz xanımlarına izah edirdi.
Evlənməkdə siyasi məqsədlər də var idi. Başqa və vacib məqsədlərdən biri isə qadınları ictimai-sosial həyata cəlb etmək idi.
Bu ayədən əvvəl, “Əhzab” 4 və 5–ci ayələrdə İslam dinində övladlığa götürmək məsələsi açıqlanır.
“Allah, bir adamın köks boşluğunun içində iki qəlb yaratmadı–insan həm mömin həm kafir olmaz, mütləq bundan biridir. Və özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin analarınız olaraq qəbul etmədi. Bu, sizin ağzınızla söyləməyinizdir. Allah isə haqqı söylər. Və düz yola bələdçilər.
“Qəlblərinizin qəsdən göstərərək etdikləri–şüurlu, planlı–proqramlı etdiyiniz şeylər xaricində, xəta olaraq etdiklərinizdə isə, sizin üçün bir vəbal yoxdur. Və Allah, çox bağışlayandır, çox mərhəmət edəndir”.
Bu hadisə olmasaydı, gələcəkdə ”Zeyd Məhəmməd peyğəmbərin oğludur” deyən insanlar da olacaqdı...
İnsanlara kəskin görünən bu hərəkət həm bu cür düşüncənin qarşısını aldı, həm də oğulluğa götürmə məsələsini aydınlaşdırdı.
- Qadınları sosiallaşdırmaq üçün peyğəmbər statusunda olan bir adam başqa bir strategiya tapa bilmirdi? Üstəgəl, peyğəmbər döyüşlərdən aldığı əsir qadınlardan da özünə xanım edib.
- Məqsəd digər qadınlara da dini izah etmək idi. Quranda ayə var ki, əsir qadın evlidirsə, heç kimsə onunla evlənə bilməz. Açıq-aydın yazılıb. Əsir qadın evlidirsə, onu ərindən boşatdırmalı, ərinə verdiyi mehri qaytarmalıdır.
- Quranın “Nur” və “Əhzab” surələrində mömin qadınların örtünməyi vacib buyurulub. Əmr edilir ki, mömin xanımlar örtünməlidir, yəni qolunu, başını örtməlidir.
- Belə sözlər yoxdur.
- Bütün dünyada bu ayələr eyni cür tərcümə olunub. Azərbaycanda olan bir ilahiyyatçı və siz isə deyirsiniz ki, Quran düz tərcümə edilməyib.
- Quranda buyurulur: “Mömin xanımlara de ki, evdən çıxanda üzərlərinə üst geyimi geysinlər”. Bu geyimin adının örtük, örpək ya da hicab olması ilə bağlı bir söz yoxdur. Ərəb ölkəsini təsəvvür edin. Ərəbistan çox isti yerdir, orada evdə geyinildiyi kimi çölə çıxmaq düz sayılmaz.
Quranda buyurulur ki, qadınlar örtüklərinin uclarını sinələrinin üstünə çəkməlidir. Burada sinə vurğulandığına görə, deməli sinə örtünməlidir.
Qadının saçının tükünün görünməsinə gəlincə. Bununla bağlı qadağa yəhudilikdə olub ki, qadının saçının tükü görünməməlidir. Yəhudi dindar qadınlar evlənən kimi, saçlarına parik taxırlar ki, tükləri görünməsin.
Xristianlıqda isə azad qadınlar, yəni ailə qadınları, bir də çox üzr istəyirəm, digər olan qadınlar olub.
Əmr belədir: həmin ailə qadınları saçlarını açsalar cəzalanacaqlar. İkincilər isə örtsələr cəzalanacaqlar. Bu onun üçündür ki, cəmiyyət baxan kimi, o qadınlar arasında fərqi görsün. Tanısınlar ki, buna söz demək olar, o birilərinə yox. İslamda buyurulan əmr isə sinənin üstünün örtülməsidir.
- Sabirə xanım, Səudiyyə Ərəbistanında qadınlar da, kişilər də örtünür. Quran da Səudiyyə Ərəbistanı ərazisində meydana çıxıb. Bu gün Səudiyyə Ərəbistanı öz ərazisində meydana çıxan mədəniyyəti, bu ictimai münasibətləri tənzimləyən toplunu düz anlamır ki, qadınlara örtünməyi vacib sayır? Bizim bəzi ilahiyyatçıların dedikləri isə bilirsiniz nəyə bənzəyir? Hansısa bir ərəb çıxıb deyir ki, türklər Dədə Qorduqu düz başa düşmürlər.
- Quran bəşəri kitabdır. Biz Qurana əməl etmək əvəzində ərəbin köhnə adət-ənənəsinə əməl edirik.
- Necə bəşəridir ki, sivil dünya ölkələrinin çoxu bu tərzi məqbul saymır?
- İordaniyadan gəlmiş bir qadın bizə ərəb dili öyrədirdi. Azərbaycanda yaşayırdı. Bizim dilimiz dönmürdü ki, ərəb sözlərini olduğu kimi tələffüz edək. Mən həmin qadına “siz bəxtəvərsiniz, Quranı öz dilinizdə oxuyursunuz” dedim. O isə “bizdə kimdir ki, Quran oxuyan? Mən gəlib burda gördüm ki, Quranı oxuyurlar” dedi.
- Elm adamısınız. Ərəb dilini nə zaman vaxt tapıb öyrəndiniz?
- Mən desəm ki, ərəb dilini tam bilirəm, bu, yalan olar. Öyrənməyə çalışıram. Mən türk mənbələrindən, Haqqı Yılmazdan oxuyuram. Onunla bir dəfə görüşmüşəm. Mən təklif verdim ki, Haqqı Yılmazla bizim tərcüməçilər bir yerə gəlib müzakirə aparsınlar, problemlər aradan qalxsın. Hakkı Yılmaz Bakıya gəlmişdi, amma onunla bizim tərcüməçilərin görüşməyinə icazə vermədilər.
Türkiyənin Diyanət İşləri Bakanlığı artıq salahatın olduğunu ortaya qoyub. Yəni bu sözün tərcüməsi namaz deyil. Ona görə də 137 ayəni birdən-birə namazla əlaqələndirmək düz deyil. Təsəvvür edin, dəstəmaz da bunun içərisində gedir.
- İlk insan Adəm və Həvva olmayıb?
- Bizdə deyilər ki, Allah palçıqdan heykəl düzəltdi, sonra onu üflədi və ilk insan –Adəm yarandı. Yaradılış isə başqa şeydir, bu, Quranda izah olunub. Quranda meymuna qədərki təkamül izah olunub. Homo sapiens – şüurlu insanın meydana çıxması da “Bəqərə” surəsində izah olunub. Deyilir ki, Adəmlə Həvvaya şüur veriləndə onlar eyib yerlərinin fərqinə vardılar. İlk insan isə Adəm və Həvva deyil, ilk insan normal yaradılışdır.
Adəm ilk peyğəmbərdir. Həvvanın isə adı heç Quranda çəkilmir.
- Bəli, Həvva obrazı da, onun Adəmin qabırğasından yaranması məsələsi də bizim inanc sistemimizə Tövratdan keçib. Dediniz ki, Adəm ilk insan deyil. Bəs ilk insan kimdir və nədir?
- Siz elmin sübut etdiyi təkamül nəzəriyyəsinə inanırsınız?
- Əlbəttə! Nəinki inanıram, hətta deyirəm ki, bu artıq, elmi təsdiqini tapmış nəzəriyyədir.
- Quranda deyilmir ki, bütün insanlar Adəmlə Həvvadan yaranıb. Görürsünüzmü, Adəm ilk peyğəmbərdir. Amma peyğəmbər kiməsə nəsə öyrətməlidir axı. Peyğəmbər insanlar üçün gəlir. Demək ki, Adəm ilk insan yox, ilk peyğəmbərdir. Allah Adəmi yer üzü cənnətində yaradıb.
Baxın görün din adamları bizə nə deyirlər! Qurana görə, Adəmin arvadı yüngül bir yüklə yüklənmişdi, Yəni Həvva hamilə idi. Onlar günah etdikdə isə, guya Allah Adəmlə Həvvanı göydən aşağı atır. Onlardan biri Şri-Lanka ərazisinə, biri isə Yəmən ərazisinə düşür. Və Səudiyyə ərəbistanında, Ərafda bunlar görüşürlər. Mən Məkkədə o görüş yeri deyilən ərazidə olmuşam. Mənə heç inandırıcı gəlmir ki, Allahın Adil sifəti burada özünü göstərməsin. Belə çıxır ki, ədalətli Allah ailəni pozub? əslində isə Allahın ən çox dəyər verdiyi birlik ailədir! Adəmlə Həvvanın arasında münaqişə olmayıb. Onlar Allahın sözünə baxmadıqlarına görə “itbu” olunublar. Rütbəsi düşürülüb. Bir də onlar yer üzü cənnətində yaradılıblar. Bizə deyilən əfsanələrə isə inanmaq lazım deyil. Allah axı ədalətli və mərhəmətlidir.
- Adəm necə peyğəmbər olub ki, Allahın sözünə baxmayıb?
- Bütün peyğəmbərlərin səhvi olub. Sizə elə gəlir ki, “bütün peyğəmbərlər məsumdur” ifadəsi düzdür? Xeyr, belə deyil. Bütün peyğəmbərlərin səhvi olub.
Musa peyğəmbər adam öldürüb. Biz deyə bilmərik axı, onun günahı olmayıb. Yunus peyğəmbər isə Allahın əmrini yerinə yetirməyib və çıxıb gedib.
“Əbəsə” surəsində isə bildirilir ki, Məhəmməd peyğəmbər üzünü döndərmişdi. Bilirsiniz niyə? Çünki bütün peyğəmbərlərin peyğəmbərliyə qədər öz inancları var idi.
Allah isə səhvini başa düşən, tövbə edənləri bağışlayır. Allah bizə misal çəkir ki, peyğəmbər də səhv edib. Tövbə etdi, səhvini bağışladım. Siz də günah etsəz, səhvinizi başa düşsəniz, tövbə etsəniz sizi də bağəşlayacağam.
Bunu Allah deyir. Biz insanlar isə deyirik ki, peyğəmbərlər məsumdur, onların heç bir günahı olmayıb.
- Müsahibəyə başlayanda ilk təəssüratım belə oldu ki, Sabirə Dünyamalıyeva təkamül nəzəriyyəsinin yalan olduğunu deyəcək. Sonra isə fərqli bir fikir eşitdim dilinizdən.
- Mən təkamül nəzəriyyəsinə inanıram. Amma meymuna qədərki, şüurlu insana qədərki təkamül nəzəriyyəsinə.
Quranda insanın təkamülü yazılıb. İnsanın rüşeym halında necə olması, necə inkişaf etməsi yazılıb.
- Yaradılış sözünü işlədirsiniz və bunun elmlə assosiasiya edirsiniz. Elmdə yaradılış deyə bir şey yoxdur. Elm eksperimentlərə dayanaraq nəyinsə yaranmasını izah edir. Lakin qətiyyən demir ki, bunlar yaradılıb.
-Əlbəttə ki, dini mənada yaradılışdan söhbət getmir.Təbii ki, ilk təkan Allahdır. Allah “ol” deməklə olub.
- Dediyim odur ki, elmdə Allah anlayışı yoxdur. Ancaq bu, heç də o demək deyil ki, elm dinə qarşı çıxır.
- Allah sözü yoxdur, təbiət var. Məsələ ilk təkana ad qoymaqdadır. Bu qüvvə bizdən üstündür, fövqəlbəşərdir. Adının nə olmasından asılı olmayaraq.
- Dini dünyagörüşünüz elmi düşüncələrinizə təsir edirmi? Bir-biri ilə rəqabət aparırmı? Yoxsa hər ikisi paralel şəkildə inkişaf edir?
- Din inanc deyil. Din Quranı öyrənməkdir. Allahın verdiyi qanunları bilirəmsə, elmi də dərk edirəm. Din elə elmdir.
- Bayaq bildirdiniz ki, Məhəmməd peyğəmbərin islama qədər də inancı olub. Bəli, razıyam. Amma sizin dilinizdən eşitmək istəyirəm. Məhəmməd peyğəmbər islama qədər hansı inancda olub?
- Məhəmməd peyğəmbər islama qədər cahiliyyət dövrünün inancında olub. Başqa cür necə ola bilər ki? Belə olmasaydı ona “əmin” deyilməzdi ki...
- Ateistlərdən çox sizin kimi insanlar ilahiyyatçıların yanlış izahlarından əziyyət çəkir. Şiələr bir başqa, sələfilər bir başqa interpretasiyalar verir. Bu cür halların qarşısını necə almaq olar?
- Quranın orijinalını öyrənməklə və təbliğ etməklə. Allahın göndərdiyi ilk ayə də “ekra” , yəni “öyrən, öyrət” olub.
- Xomeyni ya da Xamneyi Quranın orijinalını bilməyiblər ki?!
- Xəbərləri var. Amma nə olsun?! Məgər Vasim Məmmədəliyevlə Ziya Bünyadovun xəbəri yoxdur?
Hər bir şeyin sübutu olmalıdır. Sən niyə (bütün tərcüməçiləri nəzərdə tutur – A. K) salaatı namaz kimi tərcümə edirsən? Niyə aləmi bir-birinə qatırsan?
Haqqı Yılmaz isə hər şeyi sübut edir. Namazla salaaatın fərqini izah edir. Məsələnin dərinliyinə gedir.
Bir dəfə mən rəsmi məclisdə idim. Mənə qadın və islam mövzusunda çoxlu suallar verildi. Hamısına cavab verəndən sonra mənə elə gəldi ki, fikrimi izah edə bildim. Qapıdan çıxanda isə biri mənə yaxınlaşıb dedi: “Əldə lak olanda namaz qılmaq olar, ya yox?”. Demək ki, mən 3 saat boşuna danışmışam.
Mən başa sala bilməmişəm ki, dəstəmazın namazla heç bir əlaqəsi yoxdur.
- Anlamadım, dəstəmazsız namaz qılmaq olar?
- Dəstəmazın namazla heç bir əlaqəsi yoxdur. Ərəb dilində başqa-başqa mənadadır. “Maidə” surəsinin 6-cə ayəsində dəstəmaz sözü salaaata aiddir. Yazılır ki, salaaata qalxanda dəstəmaz lazımdır.
- Bəs salaat nədir?
- Salaat cəmiyyət içərəsinə çıxanda mütləq dəstəmaz almaqdır. Bəs burada dəstəmaz nə mənada işlənir? Dəstəmaz saçını düzəltmək, geyiminə fikir verməkdir. Cəmiyyət arasına çıxanda hamı dəstəmaz alıb çıxır.
Namaz isə Allaha yalvarıb-yaxarmaqdır. Mən küçədə bir çalaya yıxılmışam. Təbii ki, dəstəmazım pozulub. Mən Allaha yalvarmalıyam ki, o çaladan çıxa bilim.
- Bu sualıma görə üzr istəyirəm. Namaz qılırsınız?
- Bəli.
- Namaz qılmazdan öncə hər hansı bir ayini icra etmirsiniz?
- Namaz əslində bir ritual deyil. Namaz hər gün Allaha yalvarmaqdır. Hala uyğun olaraq yalvarmaq. Bu gün xəstəyəmsə, Allahdan şəfa diləyirəm. Sabah övladım imtahana gedirsə, ona Allahdan zehin açıqlığı arzulayıram. Namaz budur.
Amma namazı çox adam səhv başa düşür. Hamı namaz ayinini icra edərkən Allahın dediyi sözləri təzədən Allaha qaytarır. Allah buyurduğu şeyləri təzədən əzbərdən Allaha deyirik. Görün nə deyirlər namazda. Tərcümə etsəm güləcəksiniz.
Namazda, yəni Allahla dialoqda deyirlər: “de ki, Alah təkdir. de ki, Allaha sığınıram” və s. Mənasını bilmirik, amma elə kor-koranə deyirik.
Sonra görün nə deyirlər: “de ki, Məhəmməd peyğəmbər və onun ailəsinin sağlamlığını qoru”. Rəhmətə getmiş adamların sağlamlığının qorunmasını istəyirik.
Daha sonra namazda deyirlər: “İbrahim peyğəmbərə məndən salam de!”. Hər gün bu şeirləri deyib evdən çıxırıq.
Allah isə əslində buyurur ki, hər gün halınıza uyğun olaraq məndən bir şey diləyin. Allah bildirir ki, siz insanların istəyinizə uyğun olaraq sizlərə dəyər verirəm.
- Başınızı da fərqli bağlamısınız.
- Əvvəllər başımı inanclara uyğun bağlayırdım. Çünki mən də əvvəl bu cür araşdırmırdım. Mən əvvəllər başımı tamamilə bağlayırdım. Məkkəyə də gedib-gəldim. Mən ora gedəndə də bir çox suallarıma cavab axtardım? Bunu mənə anladan olmadı. Sual verdim cavab verən olmadı. Həcc ziyarəti bu deyil axı. Orda mənə Məkkənin həqiqətlərini, islamı başa salmalı idilər.
Məkkədə indi ərəbin əvvəlki adət-ənənələri hökm sürür. Biz orada islama uyğun bir şey etmirik.
Məkkədən gələndən sonra yenidən oxumağa başladım. Gördüm ki, məsələ baş bağlamaqda deyil. Başını bağlamamağa görə qadına cəza nəzərdə tutulmayıb axı Quranda.
Hicab baş örtüsü demək deyil. Məsələn bizlərdə deyilir ki, ərlə arvad arasında pərdə olmalıdır. Bu, hicabdır. Hicab görünməz pərdədir.
Quranda var ki, şirin və duzlu su bir-birinə qarışmır, onların arasında hicab mövcuddur. Yəni pərdə var.
Ya da deyilir ki, Məryəm insanlarla hicab arxasından ünsiyyət qururdu. Yəni pərdə saxlayırdı, namuslu-ismətli qadın idi.
İndiki baş örtüyüm isə sadəcə üslubdur. Baş örtüyüm getdikcə təkmilləşdi və bugünkü halına gəldi.
- Sabirə xanım, Quranda təriqət yoxdur. Zəhmət olmasa siz davam edin.
- Allah Quranda deyir ki, xristianlar öz aralarında firqələrə bölünüb parçalandılar. Siz insanlar isə firqələrə bölünməyin. Bu gün isə təkcə şiəlikdə 37 qol var. Sünnilikdə də neçə dənə qol var.
- Siz isə heç birindən deyilsiniz?
- Bəli. Mən özümü qətiyyən hər hansı bir təriqətin nümayəndəsi hesab etmirəm. Mən ancaq Quranı tanıyıram. O başqa məsələ ki, hədislərdə olan ibrətamiz məqamlara da dəyər verirəm.
- Quranda cinlər məsələsi də var. Deyilir ki, Allah cinləri və insanları ona ibadət etmək üçün yaradıb. Nədir və ya kimdir cin?
- Ərəb dilində cin sözü əcinnədir. Əcinnə isə əcnəbi deməkdir. Bəs kimlərdir əcnəbilər? O şəxslərdir ki, onları tanımırıq, ünvanlarını bilmirik, harada yaşadıqlarından xəbərimiz yoxdur.
Cin görünməyən, bilinməyəndir. Başqa paralel aləmdə olanlar deyil.
O zaman söz yayılmışdı ki, Məkkədə peyğəmbər ortaya çıxıb. Mədinəlilər bunu eşidir. Gəlirlər, peyğəmbəri şəhərin kənarına çağırırlar. Məkkəlilər isə mədinəliləri tanımır. Cin sözü də bununla əlaqədardır, yəni tanınmayanlar.
- Nə zamansa ateist olmusunuz?
- Heç vaxt “Allah yoxdur” deməmişəm. Məndə heç zaman Allaha inamsızlıq olmayıb. Elə dinə də. Amma həmişə məntiqi suallar düşünüb cavablar axtarmışam.
- Elm adamlarınndan da “Allah yoxdur” deyənlər var. Ateistlərə münaisbətiniz yaxşıdır?
- Alimlərin çoxu ateistdir. Onların çoxu “Allah yoxdur” deyir. Çünki heç bir ilahiyyatçı Allahı düzgün izah etməyib. Heç kim Allahı Quranda olduğu kimi tanıtmayıb. Hər bir şeyin müəllifi var. O ki, qalmış insan kimi mürəkkəb bioloji bir varlığın. Ya da əzəmətli kainatın.
Ateistlərə münasibətimə gəlincə. Ateistlər suallarına düzgün cavab alsalar Allahı tanıyacaqlar. Onların düşüncələri nisbətən elmə əsaslanır, bu barədə təriqətlərdən daha düzgündür. Ateistlər nəticədə Allahı köməyə çağırır. Ateistlərə qarşı heç bir kinim, nifrətim yoxdur.