- Köhnə - Cəmiyyət
- 19 May 2017 13:07
- 3 691
Tələblərin nəzərinə - Qərb Universiteti münasib qiymət siyasətinə keçir
Universitetin böyüməsi və klassik universitet strukturuna uyğunlaşdırılması təhsil haqlarının aşağı salnmasına imkan verir.
AzNews.az xəbər verir ki, Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə son vaxtlar tez-tez rast gəlirik. Bu günlərdə Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də ictimaiyyət tərəfindən müsbət qarşılandı.
Qərb Universitetinin münasib qiymət siyasətinə keçməsi və təhsil haqlarını aşağı salması bu təhsil ocağının böyüməsi və klassik universitet strukturuna uyğunlaşdırılması ilə bağlıdır.
Bu gün bu təhsil ocağının təkcə Azərbaycanın deyil, regionun qabaqcıl universitetinə çevrilməsi istiqamətində ciddi addımlar atılır, infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir. Nəhəng kompleksin, yeni binaların və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı yeni, unikal laboratoriyalar qurulur, dünyanın qabaqcıl universitetləri ilə müəllim mübadiləsi aparılır.
Bu prosesə Universitetin qəyyumlar şurası da dəstək verir ki, bu da təhsil haqlarının aşağı salınmasına, yüksək ballı tələbələrə güzəştlər edilməsinə və onlara təqaüdlər verilməsinə imkan yaradır, eyni zamanda tələbə sayı artır.
Qərb Universiteti dünyada keyfiyyətli təhsil sahəsində öndə gedən aparıcı universitetlərlə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.
Eyni zamanda universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur. Xüsusilə mexatronika və robototexnika, maşınqayırma mühəndislikləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Daha bir unikal təcrübə mərkəzi - genetik analizlərin aparılmasına imkan verən yeni laboratoriya isə qurulma prosesindədir.