Masallı şəhərində beş vətəndaşa məxsus evdə yanğın baş verib. Masallı şəhərində beş vətəndaşa məxsus evdə yanğın baş verib.

Masallıda 5 ailənin yaşadığı ev yanıb

Masallı şəhərində beş vətəndaşa məxsus evdə yanğın baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları və əşyaları 325 m2 sahədə, dam örtüyü 90 m2 sahədə yanmışdır. Evlərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.