- Köhnə - Cəmiyyət
- 23 May 2017 10:03
- 4 453
Bakcell Ulduzum proqramının yenilənmiş internet səhifəsini təqdim edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının yeni internet səhifəsinin istifadəyə verildiyini elan edir.
AzNews.az xəbər verir ki, yeni sayt müasir və kreativ dizayna malik olmaqla yanaşı daha da funksionaldır. İstifadəçi sayta daxil olarkən istənilən bölməni rahatlıqla tapmaq imkanı əldə edir.
Yenilənmiş saytda Ulduzum tərəfdaşlarının axtarışı daha da asanlaşdırılıb. İndi saytın ana səhifəsində Ulduzum abunəçilərinə endirim təqdim edən tərəfdaşları ərazi, kateqoriya, təqdim olunan endirim faizlərinə və digər göstəricilərə uyğun asanlıqla tapmaq olar.
Sayt Ulduzum istifadəçiləri üçün əlavə imkanlar da açır. Məsələn, sayta daxil olan Bakcell abunəçiləri pulsuz SMS göndərə biləcəklər. Bundan əlavə, burada Ulduzumun müxtəlif kampaniyaları haqqında ətraflı məlumatlar “Yeniliklər” səhifəsində yerləşdirilib. Abunəçilərin endirim təqdim edən tərəfdaşların ünvanını daha rahat tapa bilməsi üçün saytda xüsusi xəritə də yerləşdirilib. Bununla yanaşı, bir müddət öncə tərəfdaşlar siyahısına qatılan Türk Hava Yolları şirkətinin Ulduzum proqramının üzvlərinə təqdim etdiyi pulsuz əlavə milləri əldə etməyin yolları asan şəkildə izah edilir.
Ulduzum proqramının tərəfdaşları siyahısına asanlıqla daxil olmaq istəyənlər üçün onlayn müraciət forması da yaradılıb.
Vaxtına qənaət edən və rahatlığa üstünlük verən smartfon istifadəçiləri isə yenilənmiş Ulduzum saytına daxil olaraq Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) yükləyə bilərlər.
Ulduzumla bağlı xəbərləri hamıdan tez almaq istəyən abunəçilər isə yeniliklərə pulsuz abunə ola bilərlər.
Sayta daxil olmaq üçün keçid: http://ulduzum.az
Qeyd edək ki, 2.4 milyon nəfərdən çox abunəçisi və 210-dan çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Ulduzum proqraminin istifadəsində heç bir abunə haqqı yoxdur və istənilən Bakcell istifadəçisi bu proqrama qoşula bilər.