- Köhnə - Cəmiyyət
- 31 May 2017 17:27
- 3 557
Bakıda kirayə mənzillər ucuzlaşdı
Aprel ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə 5.71 faiz azalma müşahidə olunub.
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, qiymətlərin aşağı düşməsinə səbəb tədris ilinin başa çatmasıdır: “Adətən, aprel-may aylarında kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsi qaçılmaz olur. Bu da ki, tədris ilinin başa çatması ilə əlaqədar olur. Tələbələr kirayə tutduqları mənzilləri təhvil verməyə başlayırlar və boş mənzillərin sayı artır. Ancaq sentyabr ayından qiymətlər yenidən bahalaşmağa başlayır”.
N.İbrahimov onu da əlavə edib ki, kirayə mənzil bazarında ən çox tələb 2 otaqlı mənzillərədir.
AzNews.az