- Köhnə - Cəmiyyət
- 8 Sentyabr 2018 10:52
- 7 381
Siqareti çəkmək vərdiş deyilmiş - Maraqlı açıqlama
Siqaretçəkmə - sadəcə olaraq adət halını almış pis vərdiş deyil, narkotik aslılığın xüsusi bir formasıdır. Heç təsadüfi deyil ki, Beynəlxalq Səhiyyə Təşkilatı (BST) siqaret çəkməyi bütün dünyada ən vacib bir problem sayır.
AzNews.az rnm.az-a istinadən xəbər verir ki, siqaretçəkmə həyat tərzidir. Bir çox insanlara elə gəlir ki, onlar istədikləri vaxt siqareti ata bilərlər və buna kifayət qədər səbirləri çatar. Lakin bu iki səbəbdən mümkün deyil.
Birincisi - vərdişləri tərgitmək o qədər də asan olmur.
İkincisi - siqaretçəkmə sadəcə olaraq vərdiş deyil, narkotik aslılığın müəyyən formasıdır.
Siqaretin çəkilməsində onu qutudan çıxarılması, dodağa qoyulması, yandırılması, tüstüsünün udulması, külünün silkələnərək tökülməsinə və kül qabıya basılaraq söndürülməsinə qədər olan hərəkətlər bir davranış tərzinə çevrilir. Bu davranışların tez-tez təkrarı ruhi gərginlik, psixoloji narahatlıqlardan uzaq qalmaq üçün get-gedə bir vərdiş formasını alır. Uzun sürən və tez-tez təkrarlanan bu vərdiş demək olar ki, bir adətə çevrilir.
Siqaretin tərkibində olan nikotinin insan beyninə təsirindən maddələr arasında üzvi bağlantı yaranır. Beləcə siqaretin dodağa qoyulması ilə başlayan hadisə maddə (nikotin) bağlılığı (aslılığı) halını alır. Bu aslılıq tədricən daha da möhkəmlənir, çünki siqaret çəkilməsi dayandıqda narahatlıq, yuxusuzluq, iştahsızlıq, gərginlik və s. hissiyatlar başlayır. Yəni özünü normal hiss etmək üçün siqaret çəkilməyə ehtiyac duyulur.
Məlumat üçün bildirək ki, alimlərin hesablamalarına görə, siqaret tüstüsündə 4000-ə yaxın zərərli birləşmə vardır ki, onların da ən təhlükəli olanları nikotin, karbon monoksit, anabazin, amiak, aseton, benzol, metanol, dimetilamin, butilamin, piridin birləşmələri, formaldehid, benzipiren, dibenzipiren və s.
AzNews.az