- Köhnə - Cəmiyyət
- 26 Sentyabr 2018 07:25
- 5 799
“Azerspace-2” orbitə buraxıldı - Video
Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib. Bu, “Ariane 5”in 100-cü yubiley buraxılışıdır. Onun göyərtəsində “Azerspace-2” və Yaponiyanın “Horizons 3e” peykləri olub.
“Azərspace-2” Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək və peykin orbitdə işi minimum 15 il olacaq.
AzNews.az