- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 11:40
- 6 283
96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb - Araşdırmalar davam etdirilir
"Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhəri üzrə ciddi yoxlamalara başlayıb. Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə 96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb".
Bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
O qeyd edib ki, toplanmış faktlar prokurorluq orqanlarına göndərilib.
Z.Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar davam etdirilir.
AzNews.az