- Köhnə - Cəmiyyət
- 10 Aprel 2013 16:52
- 2 654
Alman radiosu AzNews.az-la əməkdaşlıq edir

Əslən Cənubi Azərbaycandan olan və valideynləri ilə birlikdə bir neçə il əvvəl Almaniyaya köçən Rəsul Barini Azərbaycan radiosunun açılmasını zəruri edən səbəblərdən danışıb:
"Mən musiqiçiyəm və 15 ildir ki, Almaniyada Azərbaycan musiqisini təbliğ edirəm. Almaniyanın ən məşhur iki musiqi kanalında - Mtv və ViVa kanalinda klipləri yayımlanan ilk azərbaycanlıyam. Almaniyanın ilk türk radiostansiyası olan "Metropol FM" radiosuna "Barini Music Production" olaraq sinqllar hazırlamışam. 13 ildir həmin sinqllar calınır. O vaxtdan hər zaman Azərbaycan radiosunun açılmasını arzu etmişdim və nəhayət, özüm bu arzumu gerçəkləşdirdim".
Əsas məqsədin Azərbaycan sənətkarlarını Almaniyada tanıtdırmaq olduğunu deyən Rəsul Barininin sözlərinə görə, musiqi ilə yanaşı, xəbərlərə də geniş yer veriləcək: ""Barini music production" tərəfindən albomları hazırlanan sənətçilərin də musiqiləri bu radioda səslənəcək. "SEED" adli bir alman pop qrupu, repçi "Eko Frech", "Bektaw Sirtllan", "Alpa GUN", sənətçilərdən Bekir Karaoglan, "Orientation " qrupu və Türkiyənin megastari olan Tarkan ücün "Lies mee bounce" sinqlının remix versiyasinı mən hazırlamışam. Bu albomda da qeyd olunub. Hazırda Okan Sayarin adli bir gənc sənətçinin albomunu bitirmişəm. Fadime Celik, Filiz Demir, Elnur, Tugba ile calişiram".
Tarkanın məhz həmyerlimizə müraciət etməsinin səbəbinə gəlincə isə R.Barini təklifin DJ Altay tərəfindən gəldiyini bildirib: "Tarkanla üz- üzə gəlməmişəm. Bu təklifi mənə hazırda Türkiyədə yaşayan Altay etdi və mən də qəbul etdim. Deyə bilərəm ki, Avropada ciddi musiqi işləri biz Azərbaycan musiqiçilərinin əlindən kecir. Tarkan da yəqin ki, işimizi bəyənməsəydi bizə müraciət etməzdi".
Almaniyada yaşayan azərbaycanlı sənətçilərlə yanaşı, Bakıda gənc ifaçı Mirkamil üçün aranjiman etdiyini deyən həmsöhbətimiz radionun fəaliyyətə başladığı qısa müddət ərzində müsbət reaksiyalar aldıqlarını vurğulayıb:
"Bu bizi çox ruhlandırır. Xəbərlər proqramını verməkdə məqsədimiz isə Azərbaycanda baş verən ictimai, sosial, mədəni yeniliklərlə dinləyicilərimizi tanış etməkdir. Xəbərlərin əsas ünvanı olaraq isə AzNews.az-la əməkdaşlıq edirik və bu əməkdaşlıqdan çox məmnunuq".
Elnarə Əlosmanqızı
AzNews.az






