Hilal Məmmədovun sensasion görüntüləri yayıldı O, Ələkrəm Hümbətovun ən yaxın silahdaşlırandın biri imiş Hilal Məmmədovun sensasion görüntüləri yayıldı O, Ələkrəm Hümbətovun ən yaxın silahdaşlırandın biri imiş

“Talış-Muğan Respublikası”nın təsis yığıncağı- VİDEO

Hilal Məmmədovun sensasion görüntüləri yayıldı O, Ələkrəm Hümbətovun ən yaxın silahdaşlırandın biri imiş


"Tolişi sədo" qəzetinin təsisçisi və baş redaktoru, hazırda dövlətə xəyanət və digər ağır ittihamlarla həbsdə olan Hilal Məmmədovun sensasion videogörüntüləri yayılıb. Azpolitika.info saytının yaydığı 58 dəqiqəlik kadrlar qondarma "Talış-Muğan Respublikası"nın təsis yığıncağındandır. 1993-cü il avqustun 7-də keçirilmiş yığıncaqda Hilal Məmmədov sədarətdə - Ələkram Hümbətovun solunda əyləşib.

Hilal Məmmədov yığıncaqda çıxış edir. O, çıxışında bildirir ki, əvvəllər iki dəfə Talış Muğan Respublikasının yaradılmasına cəhdlər olsa da, bu, baş tutmayıb: "Allah üç dəfədən deyib. İndi belə bir tarixi məqam yetişib. Nəhayət ki, sizin razılığınızlda Talış Muğan Respublikasına gəldik". Hilal Məmmədov qondarma "Talış Muğan Respublikası"nın bayrağı kimi təqdim olunan üçrəngli (qırmızı, ağ, yaşıl) bayraqla bağlı məlumat verir.

Daha sonra özünü "prezident" kimi təqdim edən Ələkrəm Hümbətov danışır. Eyni videoda başqa bir maraqlı məqam Ələkrəm Hümbətovun Heydər Əliyev, Surət Hüseynov və Rəhim Qazıyevlə keçirdiyi görüşlərlə bağlı verdiyi məlumatdır. Onun sözlərindən belə anlaşılır ki, ilk əvvəl Surət Hüseynov və Rəhim Qazıyev Azərbaycanın cənubundakı separatçı hərəkata dəstək veriblər. Surət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümbətovun üçlükdə danışıqları da olub. Daha sonra Surət Hüseynov Heydər Əliyevlə görüşüb və Ələkrəm Hümbətovun onunla görüşünü təşkil edib. Ələkrəm Hümbətov deyir ki, o və Rəhim Qazıyev Heydər Əliyevlə görüşdə irəli sürüləcək tələbləri də razılaşdırıblarmış. Amma görüş onların istədikləri kimi keçmir. Kabinetə daxil olan kimi Heydər Əliyev Rəhim Qazıyevi qovur və söhbətin məcrası dəyişir. Ələkrəm Hümbətovun sözlərinə görə, Heydər Əliyevlə görüşdə Milli Məclisi qanunsuz orqan hesab etdiyini, Ali Sovetin sessiyasının çağırılmalı olduğunu deyib. Bununla belə, o, Heydər Əliyevin bu tələblərə reaksiyasından söz açmır.

Qeyd edək ki, bir çox hüquq müdafiəçiləri Hilal Məmmədovu siyasi məhbus adlandırırlar. İstintaq isə onu dövlətə xəyanətdə təqsirli bilir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilirdi: "İstintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan Hilal Məmmədov 1992-ci ildən etibarən Iranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərmiş, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb

Hilal Məmmədov fizika-riyaziyyat elmləri namizədidir. O, 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqların Bərabərlik Partiyasının sədri olub. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk edib və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtdıb. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi komitəsini yaradıb və ona rəhbərlik edib. Novruzəli Məmmədov həbsdə vəvat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov olub. O, ötən il iyunun 21-də həbs edilib.


image description image description image description