- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2013 15:29
- 2 399
Qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edilir
Şuranın Mətbuat Xidmətindən verilən məlumata görə, şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov maliyyə müsabiqəsinin şərtləri haqqında məlumat verərək layihələrin qəbulu zamanı ortaya çıxan problemlərdən bəhs edib. F.Qurbanov bəzi hallarda layihəni təqdim edən təşkilatların sədrinin müəyyən olunmasında çətinliklərin meydana çıxdığını və bundan sonra hər maliyyə müsabiqəsi ili üçün Reysterdən çıxarışın tələb olunmasının vacibliyini bildirib. O, QHT-lərin Maliyyə Nazirliyinə illik hesabatlarının verilməsində də problemlərin olduğunu və bu istiqamətdə də bir sıra addımların atılmasının zəruriliyini qeyd edib.
Toplantıda QHT-lərin sosial şəbəkələrdə fəallıq səviyyəsi də müzakirə edilib. Şura sədri hazırkı dövrdə sosial medianın vətəndaşların informasiya təminatında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev növbəti ilin maliyyə müsabiqəsində QHT-lərin sosial şəbəkələrdən daha səmərəli istifadə etməsi və burada vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması məqsədi ilə qrant müsabiqəsinin elan olunmasının zəruri olduğunu qeyd edib.
Şura sədri növbəti il elan ediləcək maliyyə müsabiqəsində iştirak etmək istəyən QHT-dən daha iki sənədin – Maliyyə Nazirliyinə illik maliyyə hesabatının təqdim edilməsi barədə arayışın və Ədliyyə Nazirliyindən Reysterdən çıxarışın tələb olunması haqda məsələnin Şuranın növbəti iclasının gündəliyinə daxil ediləcəyini bildirib.
AzNews.az