- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2013 09:37
- 2 557
Azərbycan vətəndaşına 5 il həbs verildi- Dubayda
APA-nın "The National" saytına istinadən verdiyi məlumatına görə, adı açıqlanmayan 34-yaşlı Azərbaycan vətəndaşı Dubay həbsxanasında 5 il cəza çəkəcək. Cəzasını çəkəndən sonra o Azərbaycana deportasiya olunacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Dubayın Nasser Meydanı adlanan ərazidə baş verib. Kütləvi davada təxminən 200 nəfər iştirak edib. Hadisə şahidlərin sözlərinə görə, kütləvi dava Azərbaycan və Tacikistandan olan bir qrup şəxs arasında olub. Dava zamanı yuxarıda qeyd olunan şəxs bıçaqla qarşı tərəfdən olan bir nəfəri qətlə yetirib.
AzNews.az