Korrupsiyaya ən çox bulaşan rayonların SİYAHISI

2013-cü ilin 9 ayı ərzində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "qaynar xətt" xidmətinə 3915 müraciət daxil olub.
Bu barədə məlumatı idarə rəisi Kamran Əliyev verib. İdarə rəisi bildirib ki, daxil olan müraciətlərdən 307-i araşdırılıb və onlardan 21-i ilə bağlı cinayət işi başlanıb. "1078 müraciət isə təmin edilib" deyə idarə rəisi vurğulayıb. K.Əliyev korrupsiya ilə bağlı müraciətlərin ən çox daxil olduğu rayonların siyahısını da açıqlayıb. Siyahıya əsasən müraciətlər əsasən Yevlax, Gədəbəy, Tovuz, Ağcabədi, Cəlilabad, Masallı, Abşeron və Sumqayıtdan daxil olub.

Ruhiyyə
AzNews.az