Cəlilabadın Təzəkənd kəndinə təbii qaz verildi

Oktyabrın 3-də 29 illik fasilədən sonra Cəlilabad rayonunun Təzəkənd kəndinə təbii qazın nəqli bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əlamətdar hadisə münasibətilə əhalini təbrik edərək, bu istiqamətdə işlərin davamlı olacağını bildirib.

Qeyd edək ki, Təzəkənd kəndində əhaliyə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 60 kilometr olan müxtəlif diametrli polietilen daşıyıcı polad borularla məhəllədaxili qaz xətti çəkilməklə, 441 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az