- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2013 11:48
- 2 783
ABŞ Azərbaycanlıları Şəbəkəsi İlham Əliyevi dəstəkləyir- Bəyanat
Qarşıdakı prezident seçkiləri ərəfəsində İlham Əliyevin Azərbaycanda yürütdüyü siyasəti dəstəkləyən bəyanatda deyilir:
"Uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığı genişləndirir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 20 ildən artıq bir müddətdə davam etməsi bu reallığın başlıca göstəricisidir".
Təşkilatın yaydığı bəyanatda daha sonra qeyd olunur: "Dövlət başçısı İlham Əliyevin "ABŞ-Azərbaycan müttəfiqliyi sözdə deyil, əməli işdə sübut olunub" fikri ikitərəfli münasibətlərə verilən ən yüksək qiymətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, böyük təkamül yolu keçmiş dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Amerikadakı azərbaycanlılar hesab edir ki, qazanılan naliyyətlər, əldə edilən uğurlar Azərbaycan hakimiyyətinin böyük əzmkarlıqla apardığı daxili və xarici siyasətin uğurunun nəticəsidir. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər isə Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktordur.
Şəbəkə bu mövqedən çıxış edərək Amerika azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırır.
ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ-ın bütün Azərbaycan, türk və digər diaspor və icma təşkilatlarını, qruplar, cəmiyyətlər, koalisiyalar, şəbəkələr, assosiasiyalar və klubları bir arada cəmləşdirir.(yap.org.az)
AzNews.az