İlin ən yaşlı seçicisinin 124 yaşı var

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya mərkəzindən Müstəqil Mətbuat Mərkəzinə bildiriblər ki, prezident seçkilərində 500 minə yaxın seçici ilk dəfə səs verəcək.

150 nəfər seçicinin ad günü isə məhz oktyabrın 9-na təsadüf edir. Ölkə üzrə daimi seçicilərin 50,8 faizini qadınlar, 49,2 faizini isə kişilər təşkil edir.

Bu il yaşı 100 və 100-dən yuxarı olan 814 nəfər də bu ilki seçkilərdə iştirak edəcəkdir. İlin ən yaşlı seçicisi 89 saylı Göyçay – Ağdaş seçki dairəsində olan Ağdaş rayon sakini 124 yaşlı Dadaşova Gözəl Alı qızıdır.

AzNews.az