Daha bir beynəlxalq qurumdan seçki açıqlaması

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib.


Bunu qurumun seçkini izləyən müşahidə missiyasının nümayəndələri bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

Bildirilib ki, 300-dən çox qurumun təmsil olunduğu konfrans nümayəndələri 3 qrupda seçkini izləyib. İran, Koreya, Nepal, Vyetnam, Pakistan nümayəndələri seçkidən əvvəl hakimiyyət və müxalifət təmsilçiləri ilə görüşüb: "Monitorinqin nəticələrinə görə, dinc, açıq, ədalətli seçki keçirilib. Seçki prosesinin ədalətliliyinə zidd heç bir hadisəyə rast gəlinməyib. Namizədlər üçün mükəmməl şərait yaradılıb, seçkidə iştirak edənlər siyasi rəhbərlərinin işindən razı qalıblar".

Veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirən missiya üzvləri teledebatlardan razı qaldıqlarını bildirərək seçkidə qələbə qazanan İlham Əliyevi təbrik ediblər.

Ruhiyyə
AzNews.az