10 mehmanxanaya lisenziya verildi

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il sentyabr ayı ərzində 10 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.

AzNews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, lisenziyalar "Deluxe Hotel", "Paradise Baku", RİGS HOTEL", "12 İNN", "Masallı", "Nemi", "Qəbələ", "FM Hotel" mehmanxanalarına, "OLD BAKU" qonaq evinə və "Palıdlı Sahil" istirahət mərkəzinə verilib.

"Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a əsasən, "Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.

Eyni zamanda, "Sultanbud" Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya ləğv edilib.


AzNews.az