- Köhnə - Cəmiyyət
- 15 Oktyabr 2013 10:17
- 1 634
Gülər Əhmədovanın səhhəti ilə bağlı Rəsmi açıqlama
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.
H. Əlixanovun sözlərinə görə, bir müddət əvvəl o, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin qəbulunu keçirib.
Həmin vaxt orada saxlanılan G. Əhmədova səhhəti ilə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini xahiş edib: "Biz də o müraciətlə bağlı Baş Səhiyyə İdarəsinə məlumat verdik. Onların mütəxəssisləri tərəfindən Gülər Əhmədova müayinə edildi. O, səhhətində heç bir problem olmadığına görə müalicə müəssisəsinə köçürülmədi".
AzNews.az