- Köhnə - Cəmiyyət
- 18 Oktyabr 2013 10:22
- 2 878
Konstitusiya Məhkəməsi seçki protokoluna sabah baxacaq
Bu barədə apa-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.
Qeyd edək ki, ötən gün MSK-nın iclasında prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb.
Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.
Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.
AzNews.az