Mikayıl Cabbarov səfirlərlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstanın, Belçika Krallığının və Koreya Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.


Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petit, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, tələbə mübadiləsi, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

AzNews.az