Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Məktubda deyilir: "Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

AzNews.az