- Köhnə - Cəmiyyət
- 24 Oktyabr 2013 18:50
- 3 754
Ramil Usubov türkiyəli həmkarı ilə görüşdü
R. Usubov DİN-in funksional vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, silahlı qrupların hakimiyyət uğrundakı mübarizəsi, həmin dövrdə cinayətkarlığın pik həddə çatması, cəzasızlıq mühitinin hökm sürməsi, respublikamızın vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi barədə qısa məlumat verib.
Nazir deyib ki, yalnız Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb. R. Usubov bildirib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitlik yaradılıb və onun dönməzliyi təmin olunub. Nazir deyib ki, indi ölkəmiz nəinki MDB, eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb.
Hər iki dövlətin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələr arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından məmnunluğunu ifadə edən Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. Nazir ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulamış və buna görə minnətdarlığını bildirib. O, Türkiyə Respublikasının Milli Polis Təşkilatı rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluqdan ölkəmizin daim əziyyət çəkdiyini, müstəqilliyin ilk illərində erməni millətçiləri və terrorçu qrupları tərəfindən azərbaycanlılara qarşı 32 terror aktı törədildiyini xatırlatmış, eyni zamanda, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə kimi qlobal problemlərlə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onrlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulayıb.
Mehmet Kılıçlar isə öz növbəsində ölkələrimizin polis təşkilatları arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində və genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
AzNews.az