- Köhnə - Cəmiyyət
- 16 Dekabr 2013 12:04
- 2 415
Dərs müddətinin artırılması ilə bağlı açıqlama
Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir.
Bunun bir sıra səbəblərinin olduğunu deyən nazir qeyd edib ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır: "Bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir".(apa)