- Köhnə - Cəmiyyət
- 31 Avqust 2012 11:11
- 28 848
Qubadlı döyüşlərinə könüllü gedən ilk idmançı – Milli Qəhrəman Əliyar Əliyev -Video
Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonu Qazyan kəndində anadan olub. Adlı-sanlı idmançı kimi cəbhəyə gedən ilk könüllülərdən biri olan Ə.Əliyev batalyon komandiri kimi sücaətlə vuruşub və bir sıra istiqamətlərdə düşmənə ağır zərbə vuraraq ad qazanıb.
Onun haqqında əfsanələr qoşulub, Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. Ə. Əliyev qısa vaxtda düşmənin 30-dan çox döyüş mövqeyini darmadağın edib, 1992-ci il oktyabrın 3-də "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə isə qəhrəmancasına həlak olub.
Mayor Əliyar Əliyev 1992-ci il noyabrın 10-da Milli Qəhrəman adına layiq görülüb.
Xatırladaq ki, o, Qubadlının Qazyan kəndində dəfn olunub. Onun rayonda abidəsi var idi. Bakı şəhərindəki küçələrdən biri və yaratdığı batalyon onun adını daşıyır.
Sevinc Fədai
AzNews.az