- Köhnə - Cəmiyyət
- 1 Sentyabr 2012 11:43
- 7 651
Üzeyir Cəfərov: “Müharibə ola bilər”
Onun çəkdiyi əziyyətləri başa düşürəm. Bütün əziyyətlərə baxmayaraq, zabitimiz dözüm nümayiş etdirib. Azərbaycan hökuməti Ramili azad etmək üçün çox çalışırdı. İstəyinə nail oldu da. Ermənilər də Azərbaycanın bu addımından hiddətləniblər".
Ekspert hesab edir ki, məhz buna görə də, cəbhə xəttində gərginliyin olacaq: "Əvvəllər fikirləşirdim ki, müharibə ola bilməz. Amma Ramil Səfərovun azadlığa çıxmasından sonra bunu demək çətin oldu. Ermənilər indiki halda diplomatik müharibə edirlər.
Diaspor təşkilatlarının işini gücləndiriblər. Bütün dünyaya sübut etməyə çalışırlar ki, Azərbaycan qanunsuz addım atıb. Azərbyacan tərəfi də cəsarət edib, zabiti azad edibsə, deməli, təhlükəsizlik tədbirlərini də görməlidir".
Ü. Cəfərov əlavə edib ki, Azərbaycan tərəfi xüsusilə cəbhə bölgələrində ordunu gücləndirməlidir: "Müharibə anonsunun verilməsi təhlükənin yaxınlaşdığından xəbər verir. Ermənistan tərəfi hələ bu barədə çox mübarizə aparacaq".
İlkin
AzNews.az