- Köhnə - Cəmiyyət
- 17 Sentyabr 2012 16:29
- 3 510
Nazir korrupsiyaya qarşı kollegiya iclası keçirdi
İclasda Fondun sədri Səlim Müslümov dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində DSMF-də görülən işlərə toxunub.
Fondun sədri bildirib ki, Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına xidmət edir. O, Milli Fəaliyyət Planı çərçivəsində Fondda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq, şöbə müdirlərinə müvafiq tapşırıqlar verib.
İclasda Fondun yerli orqanlarında icra intizamının gücləndirilməsi sahəsində həyata keçiriləcək tədbirlər, həmçinin mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, Fondun yerli orqanlarının fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.
Kollegiya iclasında Fondun orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib və bu məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunub.
AzNews.az