Nazirlik dərslik ehtiyacını ehtiyat fonddan ödəyəcək

I sinfə qəbul olunan uşaqların sayı proqnozlardan artıq olduğundan bəri məktəblərdə dərsliklərlə bağlı problemlər yaranıb.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının AzNews.az-a verdiyi məlumata görə, bu il Azərbaycan bölməsinin birinci sinif şagirdləri üçün 124 min, rus bölməsinin şagirdləri üçün isə 10 min dərslik çap olunub: "Məktəblərdən daxil olan müraciətləri təmin etmək imkanımız var. Ehtiyat fond hesabına dərsliklərlə bağlı çatışmazlıq olarsa aradan qaldırmaq mümkündür".

E.Əlosmanqızı
AzNews.az