- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2012 09:15
- 3 756
Baş Prokurorluq narazı sakinlərin müraciətini cavablandırdı
Sakinlərdən Hafiz Xanquliyevin AzNews.az-a verdiyi məlumata görə, cavab məktubunda müraciətin baxılması üçün Fövəladə Hallar Nazirliyinə göndərildiyi vurğulanıb: "Yəqin ki, müraciət binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yoxlama aparılması üçün Fövqəladə Hallar Nazirliyinə göndərilib.
Amma bizi maraqlandıran məsələ "Ümid" MTK-nın 159 ailə üçün nəzərdə tutulan torpaq sahəsində tikdiyi binaya ancaq 80 ailəninin köçürülməsi, 79 ailənin köçürülməsinin isə illərdir ki, yubadılmasının səbəbləridir".
Məlumat üçün bildirək ki, sakinlər prokurorluğa müraciətlərində məsələ ilə bağlı araşdırmaya ehtiyac olduğunu vurğulamışdılar.
E.Əlosmanqızı
AzNews.az