- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2012 08:24
- 8 339
İntihar edən məşhurlar...
“Bu gün özümü öldürsəm, sabah məni xatırlayarlarmı?”
"Yaşamaq üçün vacib olan səbəb ölüm üçün də əla səbəb ola bilər." Bununla fransız yazıçısı Albert Kamyu intiharı özünəməxsus şəkildə ifadə edib. Hər bir kəsin yaşamaq və ölmək üçün müəyyən səbələri olur və hər bir kəs öz həyatı ilə bir cür hesablaşır. Bu hesablaşmalar içində ölümü-intiharı seçənlər də olur. Hətta bəziləri zəhərli hörümçəklər udur, fıstıq əzməsi ilə nəfəs borularını tıxayır, damarlarına zərərli mayelər yeridir, məngənə vasitəsilə boyunlarını qırırlar.
Tarixdə intiharları ilə yadda qalan məşhur insanlar da var. Onlardan Sigmund Freud, Kleopatra, Mark Antony, Brutus, Judas İscariot, Hannibal, Nero, Virginia Woolf, Adolf Hitler, Ernest Hemingeuey, Vincent Van Gogh, Jack London, Judy Garland, Pontius Pilatus, Socrates ve intihar etdikləri ehtimal olunan Çaykovski, Elvis Presley, Kurt Cobain ve Marilyn Monroenin adını çəkmək olar.
"AzNews.az" bu barədə bəzi faktları təqdim edir.
Belə ki, Roma imperatoru Clodius Albinus 197-ci ildə müharibədə məğlub olduğu üçün özünü öldürüb.
Adolf Hitler 1945-ci ildə Sovet hərbçiləri tərəfındən yaxalanmamaq üçün özünü ağzından ataraq öldürüb.
İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib.
Amerikalı kino aktyoru Ross Alexander 1937-ci ildə özünü tapançayla vuraraq öldürüb.
Həmçinin, 1891-ci ildə Çilinin prezidenti José Manuel Balmaceda və 1994-cü ildə amerikalı rok müğənnisi Kurt Cobain tapançayla özlərinə qəsd ediblər.
Amerikalı yazıçı Ernest Hemingueyin intiharı da bu üsulla olub. Yazıçının nəvəsi model, aktrisa Margaux Heminguey isə 1996-cı ildə sakitləşdirici həbdn yüksək dozada istifadə edərək özünə qəsd edib.
Cazmen Chet Baker 1988ici ildə kokain və eroinin təsiri altında balkondan atlayaraq intihar edib.
Yazıçı Truman Capote 1984-cü ildə yüksək dozada dərman qəbul edərək özünü öldürüb.
Psixoloq Sigmund Freud isə 1939-cu ildə həkimin köməyi ilə yüksək həddə morfin qəbul edərək ölüb. Buna könüllü ölüm-eftanaziya deyilir.
Musiqiçi Janis Joplin 1970-ci ildə yüksək dozada eroin qəbul edərək ölüb.
Aktyor Heath Ledger 2008-ci ildə müxtəlif dərmanları birlikdə qəbul eədrək zəhələnib və ölüb.
Əfsanəvi "The Doors" qrupunun solisti Jim Morrisonun rəsi ölüm səbəbi ürək çatışmazlığı olsa da, 1971-ci ci ildə yüksək dozada eroin qəbul etdiyi üçün öldüyü iddia edilir.
Ssenarist Stefan Zveig 1942-ci ildə yüksək dozada yuxu dərmanı qəbul edərək intihar edib.
İntihar məktubları...
Bəzi insanlar ölümündən sonra intihar səbələrindən xəbər verən məktub da qoyub gedirlər. Eləcə də məşhurlar...Onlardən bəzilərini diqqətinizə çatıdırırq.
"Bilirəm ki, yenə dəli oluram. Hiss edirəm k,i daha dözə bilmirəm bu çətinliyə...bu dəfə özümə gəlməyəcəm, çünki artıq səslər eşidirəm..." (Virginia Woolf)
"Mən öləndə və üzərimdə açıq parlaq yaş saçının suyunu üzərimə tökərsə, sən qəbrimin üzərində qırılmış ürəklə durarsansa, məni maraqlandırmayacaq.
Çünki mən rahatlıqda olacaq
Yağış tökülərkən, yarpaqlı ağaclar necə rahat olur elə...
Və mən sənin indi olduğundan daha sakit və daha daş ürəkli olacam." (Sara Teasdale)
"Mən bu dünyanı tərk edirəm, harada ki ürəklər ya qırılır ya da daşa dönür." (Nicolas-Sebastien Chamfort)
"Bütün faydalıq bitəndə, və biləndəki bir gün öləcək, və qarşısını heç nə ala bilməyəcək, insanın çətin ölüm əvəzi qısa və rahat ölüm seçmək haqqı var." (Charlotte Perkins Gilman)
"Frances və Courtney, mən özümü sizin üçün qurban verdim. Kortniy sən Frances üçün davam et, çünki onun üçün həyat mənsiz daha xoş olacaq. SƏNİ SEVİRƏM, SƏNİ SEVİRƏM!" (Kurt Cobain)
"Mənim işim bitdi. Daha nə gözləyimki?!" (George Eastman)
"Sevgilim mənim, ürəyimdəsən
Onsuz da alınımıza yazılmışdı ki bir gün ayrılacayıq
Və yenidən birləşəcəyik
Əlvidə, sağollaşmaq qoy çətin olmasın
Qoy ağlamaq olmasın, üzlər qəmli qalmasın..." (Sergei Esenin)
"Bitirməliyəm, daha ümid yoxdur. Çünki Rahat olacam. Heç kəsin burda əli yox idi, tam öz seçimim idi." (Freddie Prinze)
"Mənim vaxtım çatdı, və gedirəm, daha gözəl bir yerə, çox uzaqlara. Mən sizləri çox sevirəm, amma indi daha yaxşıdır, çünki Azadam artıq..." (Anonim)
"Məncə elə bir vaxt gəlirki, cəhd göstərməyi də dayandırmaq lazımdır, çünki hətta o da incidir..."(Anonim)
"Həyatı saxlayın, düşmək istəyirəm..."(Anonim)
"Bu gün özümü öldürsəm, sabah məni xatırlayarlarmı? (Anonim)
"Bunu ölmək üçün etmədim, ağrını dayandırmaq üçün elədim..."(Anonim)
"Həyat dözülməz oldu...məni bağışlayın" (Dalida)
"Mən yuxuya gedəcəm, amma bu dəfə biraz uzun olacaq. Daha doğrusu, sonsuzluq..." (Jerzy Kosinski)
"Gələcək ancaq qocalıq, xəstəlik və ağrıdır. Mən rahatlıq istəyirəm, və buda rahatlığın tək yolu" (James Whale)
Sevinc
AzNews.az