- Köhnə - Cəmiyyət
- 1 Aprel 2015 12:41
- 4 372
“Diqqət” Düşmən mətbuatıdır” – JEM yeni layihəyə başladı
Jurnalist Ekspert Mərkəzi (JEM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Diqqət! Düşməm mətbuatıdır" adlı layihəyə başlayır.
JEM-dən verilən məlumata görə, layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır.
Təşkilat nümayəndələri layihə çərçivəsində jurnalistlərlərlə müzakirələr aparacaq, hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanulardan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələri redaksiyalara təqdim olunacaq.
Layihədə cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu kimi görüşlərdə əsgərlərimizə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq.
Layihə müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək.
Qeyd edək ki, "Diqqət! Düşmən mətbuatıdır" adlı Facebook səhifəsi də JEM-in layihəsinin tərkib hissəsidr. Səhifə artıq fəaliyyətə başlayıb.
Layihənin mahiyyətinin daha geniş ictimaiyyətə çatdırılması üçün yaxın günlərdə mətbuat konfransı keçiriləcək.