- Köhnə - Cəmiyyət
- 1 Aprel 2015 14:42
- 9 364
Bakıda iş saatları dəyişdirildi – Avropa Oyunlarına görə
Azərbaycanda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün 2015-ci il mayın 1-dən iyulun 1-dək paytaxtda dövlət orqanları, dövlət müəssisə və təşkilatlarında yeni iş qrafiki qüvvədə olacaq.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Nazirlər Kabineti yayıb.
Yeniliyə əsasən, işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunacaq.
Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləyəcək.