Fransanın Azərbaycandakı səfiri Paskal Mönyü Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub. Fransanın Azərbaycandakı səfiri Paskal Mönyü Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub.

Fransa səfiri gənclər təşkilatında oldu - FOTO

Fransanın Azərbaycandakı səfiri Paskal Mönyü Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub.



Ofisin rəhbəri Tural Kərimov qonağı Mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. Bildirib ki, Azərbaycanla Fransa arasında əlaqələr tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanları genişləndirilir.
İlk Avropa Oyunları ilə bağlı Mərkəz tərəfindən yaxın günlərdə Mingəçevir şəhərində keçiriləcək dəstək festivalına hazırlıq işləri ilə tanış olan Paskal Mönye təşkilatçı gənclərlə də görüşüb.
Daha sonra Mərkəzin tərkibində yaradılması nəzərdə tutulan fransız dili kursları ilə bağlı fikir mübadiləsi də aparılıb.
Səfər zamanı Azərbaycanla Fransa arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
image description image description image description