Vergilər Nazirliyi 100-ə yaxın Azərbaycan vətəndaşının ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb. Vergilər Nazirliyi 100-ə yaxın Azərbaycan vətəndaşının ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Bu şəxslər Azərbaycandan çıxa bilməz – Nazirlikdən qadağa

Vergilər Nazirliyi 100-ə yaxın Azərbaycan vətəndaşının ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.


Bu barədə AzNews.az-a nazirlikdən məlumat verilib.

Vergi borcunu ödəmədiyinə görə, 22 nəfər Bərdə sakini, 8 nəfər Yevlax, 4 nəfər Salyan, 5 nəfər Şəki sakininin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, nazirliyin bu tədbirləri "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında bəndinə müvafiq olaraq yerinə yetirilir.

Nazirliyin məlumatına görə, cari ilin 01.04.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Vergi borcunu ödəməyən şəxslərin siyahısı ilə burdan tanış olmaq olar. (http://www.taxes.gov.az/uploads/vergiborcu/air08042015.pdf)