Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynovun bu gün ad günüdür. Onun 86 yaşı tamam olur. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynovun bu gün ad günüdür. Onun 86 yaşı tamam olur.

Yazıçı Çingiz Hüseynovun bu gün ad günüdü – 86 yaş

Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynovun bu gün ad günüdür. Onun 86 yaşı tamam olur.


Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib.

SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub.

Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib.

İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb.
Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.

Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bədii tərcümə ilə də ciddi məşğul olur.

17 kitabın müəllifi olan yazıçı hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır.