Bu gün xalq şairi Sabir Rüstəmxanlı oxucuları ilə görüşüb. Bu gün xalq şairi Sabir Rüstəmxanlı oxucuları ilə görüşüb.

Sabir Rüstəmxanlı oxucularıyla görüşdü- FOTOLAR

Bu gün xalq şairi Sabir Rüstəmxanlı oxucuları ilə görüşüb.



Axar.az xəbər verir ki, tədbir AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi kitabxanasında baş tutub. Tədbiri giriş sözü ilə İnstitutun direktoru professor Nazim İmanov açıb və Sabir Rüstəmxanlı yaradıcılığından danışıb.

Tədbirin aparıcısı Rəsmiyyə Sabir "Savalan" musiqi ansamblının müşayiəti ilə şairin şeirlərini təqdim edib.

Akademik Teymur Kərimli xalq şairi haqqında bildirib ki, Nizami, Füzuli, Nəsimi yaradıcılığının zirvəsini biz nəsil üçün fəth edən Sabir Rüstəmxanlı yaradıcılığı elmi və fəlsəfi çağırışları ilə daima fərqlənib.

Daha sonra görüş şairin sözlərinə yazılmış mahnılar və özünün ifasında səsləndirilən şeirlərlə davam edib.

Sonda İnstitutun rəhbərliyi xalq şairinə yaddaş guşəsi təqdim edib və xatirə fotosu çəkilib.
image description image description image description