Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev iki hakimə fəxri ad verdi

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hakimlər - Məmmədov Rafiq Uğuz oğlu və Nağıyev İman Məmməd oğluna "Əməkdar hüquqşünas" fəxri adı verilir.

Onlar bu ada "hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə" layiq görülüblər.