- Köhnə - Cəmiyyət
- 23 May 2015 23:13
- 2 199
Fransalı deputat İlham Əliyevə başsağlığı verdi
![](https://www.aznews.az/storage/photos/ilham eliyev 22.jpg)
Fransa parlamentinin deputatı və Fransanın Azərbaycan Dostları Cəmiyyətinin prezidenti Jan-Fransua Mansel, Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada 15 sakinin həlak olduğu yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məktubda bildirilir: "Bakı və bütün Azərbaycan matəm içində olduğu məqamda, Sizə və Azərbaycan xalqına hüznlə başsağlığı verir və dəstək oluruq".