- Köhnə - Cəmiyyət
- 26 May 2015 10:55
- 9 660
19 bıçaq zərbəsi ilə qətlə yetirilən həkim - “Sən Həmişə(yev) bizimləsən...” (VİDEO)
2013-cü ildə 19 bıçaq zərbəsi ilə qətlə yetirilən kardioloq Cavid Həmişəyevin anım günü qeyd olunub.
AzNews.az xəbər verir ki, dostlarının təşəbbüsü ilə Bakıda Cavid Həmişəyevin anım mərasimi təşkil olunub. Respublikanın əməkdar artisti Ağalar Bayramov tədbiri açıq elan etdikdən sonra, mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra həkimlər, tanınmış tibb xadimləri, mərhumla birgə orta və ali təhsil almış şəxslər onunla bağlı xatirələrini bölüşüblər. Bilidirilib ki, Cavid Həmişəyev ölümündən sonra yaxşı əməlləri ilə xatırlanan insanlardandır.
Mərasimdə vurğulanıb ki, sənətinin mahir bilicisi olan və təəssüf ki, artıq 2 ildir aramızda olmayan Cavid həkim həmişə yaxşı əməlləri ilə xatırlanacaq.
Mərhumun oğlu, məktəbli İlkin Həmişəyev çıxış edərək atasının xatirəsini əziz tutan hər kəsə minnətdarlığını bildirib. Anım mərasiminin sonunda Cavid Həmişəyevə həsr olunmuş "Sən Həmişə(yev) bizimləsən" adlı qısa film nümayiş olunub. Həmin filmi təqdim edirik: