- Köhnə - Cəmiyyət
- 20 Oktyabr 2012 07:26
- 5 161
“Azərbaycan torpaqlarından İrana qarşı istifadə edilməyəcək“
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri Berlində Almaniya Xarici Əlaqələr Şurası Mərkəzində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu cür fikirlər medianın şayiələridir və Azərbaycan əsla belə bir vəziyyətə icazə verməz. İranla Azərbaycan arasında yaxşı əlaqələr olduğunu deyən E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan torpaqlarının İrana qarşı istifadəyə icazə verilməsinə dair iddialar məntiqsizdir:
"Bunlar təbliğat xarakteri daşıyır və iki ölkə arasında əlaqələri pozmağa yönəlib. Azərbaycanla İran rəsmiləri əlaqələrin inkişafına maneə törədəcək oyunları pozacaq iradəyə sahibdirlər".
AzNews.az