- Köhnə - Cəmiyyət
- 1 Noyabr 2012 07:01
- 2 996
“Kriteriyalar fevralda elan olunacaq” - AÇIQLAMA
"Binanın hazırda daxilində təmir işləri davam edir. Mənzil almaq üçün tələb olunan kriteriyalar fevral ayında rəsmən elan olunacaq. Ondan sonra sənəd qəbulu başlanacaq. Hələki bu kriteriyalar hazır deyil"–deyə V. Səfərli bildirib.
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq.
AzNews.az