- Köhnə - Cəmiyyət
- 1 Noyabr 2012 11:25
- 5 738
Budaq Budaqov vəfat etdi

Akademik 85 yaşında dünyasını dəyişib
Azərbaycan elminə ağır itki üz verib. Akademik Budaq Budaqov vəfat edib.
Qeyd edək ki, Budaq Budaqov Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnistitunun direktoru olub. O, 85 yaşında vəfat edib.
Budaq Budaqov 1928-ci il 28 fevralda Qərbi Azərbaycanda Zəngibasar bölgəsininÇobankərə kəndində anadan olub. Burada orta məktəbi bitirib. Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub (1947). Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub.
Bahar Rüstəmli
AzNews.az