“Tesla”nın "Summon" tətbiqinin avto-park sisteminə aid yenilənməsi altı həftə ərzində hazır olacaq. “Tesla”nın "Summon" tətbiqinin avto-park sisteminə aid yenilənməsi altı həftə ərzində hazır olacaq.

“Düyməni basan kimi, maşın ev heyvanı tək dalınıza düşəcək” - “Tesla”dan yenilik gəlir

“Tesla”nın "Summon" tətbiqinin avto-park sisteminə aid yenilənməsi altı həftə ərzində hazır olacaq.

Bu yeniliyə əsasən nəqliyyat vasitələri ətrafda hərəkət etməyi, boş yer tapmağı və park işarələrini oxumağı bacaracaq. Bu barədə şirkətin icraçı direktoru Elon Mask özü məlumat verib.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, yenilik son iki ildə hazırlanan bütün “Tesla” avtomobillərində olacaq, Mask bu barədə öz "Tvitter" səhifəsində yazıb. O, paylaşımlarının birində ətraflı məlumat vermədən “tətbiqdə düyməni basan kimi maşınınız sizi ev heyvanınız kimi təqib edəcək", - deyib.

Yenilik, sahiblərinə avtomobili uzaqdan idarə etməyə imkan verəcək.

Qeyd edək ki, “Tesla”nın sürücü köməkçisi "Self-Pilot"un bir hissəsi olan "Summon", hazırda "Model S" sürücülərinə avtomobillərini sıx yerlərdə saxlamağa imkan verir.

Pərvanə AĞAZADƏ
AzNews.az