- Maraq dairəsi
- 5 Noyabr 2018 15:22
- 2 726
Mərcə girdi, 420 gün komada qaldı
Avstraliya, Sidneydə yaşayan Sam Ballard 25 yaşında dostları ilə mərcləşərək yerdə gəzən ilbizi yeyib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sam, dostları ilə mərcləşib ilbizi udandan sonra halı pisləşib və xəstəxanaya aparılıb.
O, 420 gün komada qalıb və beynində ciddi infeksiya yaranıb. Komadan ayılandan sonra onun əl və ayaqlarının işləmədiyi məlum olub. Üç ilini xəstəxanada keçirən Sam, bu müddət ərzində keçirdiyi tibbi qarışıqlardan sonra keçən həftənin cümə günü vəfat edib.
Qeyd edək ki, onun yediyi ilbizdə ağciyər qurdu olub. İlbizi udandan sonra sürətlə xəstələnən Sam, ilbizlərin siçan ağciyəri ilə təmasda olduğunu və bir çox insanda özünü göstərməsə də, nadir hallarda beyin infeksiyasına səbəb olduğunu bilmirdi.
Pərvanə AĞAZADƏ
AzNews.az