Alimlərə görə, J18082002–5104378 B adlı ulduz, kainatın ən köhnə ulduzudur. Alimlərə görə, J18082002–5104378 B adlı ulduz, kainatın ən köhnə ulduzudur.

Kainatın ən qədim ulduzu budur

Alimlərə görə, J18082002–5104378 B adlı ulduz, kainatın ən köhnə ulduzudur.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən ulduzun aşağı miqdarda metaldan ibarət olması onun yaşı haqqında məlumat verir. Çünki yeni kainatda heç bir metal yox idi. Metallar ilk nəsil ulduzlarla yarandı və onların ölümü ilə də kosmosa yayıldı. Yayılan metallar isə yeni ulduzların yaranmasında iştirak etdi. Ona görə də yeni nəsil ulduzlar əvvəlkilərə nisbətən daha çox metaldan ibarət olur. Bu da qeyd edilən ulduzun nə qədər yaşlı olduğunu göstərir. 2MASS J18082002–5104378 B-nin 8-10 milyard ildən çox yaşı olduğu təxmin edilir.

Avstraliyada yerləşən Monash univesitetinina astrofizika üzrə mütəxəssisi Endryu Keysi “Science Alert”ə açıqlama verib. O, bildirib ki, əvvəllər heç bir neçə qram metaldan ibarət və bu qədər az kütləsi olan ulduz kəşf etməmişdik:

“Bu kəşf bizə kainatdakı ilk ulduzların hamısının nəhəng ölçülü, əvvəllər ölən ulduzlar olmadığını göstərir. Bu qədim ulduzlar çox miqdarda maddələrdən ibarət ola bilər. Bu da Böyük Partlayışın ardınca meydana gələn qalıqların bu gün hələ də var ola biləcəyini bildirir. Bu da bizə, kainatdakı ulduzlara dair yeni bucağı qazandırır”.

Pərvanə AĞAZADƏ
AzNews.az