Saxta bürc proqramları vasitəsilə mobil bank xidməti müştərilərini hədəfə alan yeni proqram aşkarlanıb. Saxta bürc proqramları vasitəsilə mobil bank xidməti müştərilərini hədəfə alan yeni proqram aşkarlanıb.

Bu saxta proqramlarla şəxsi məlumatları oğurlayırlar - Ehtiyatlı olun!

Saxta bürc proqramları vasitəsilə mobil bank xidməti müştərilərini hədəfə alan yeni proqram aşkarlanıb.

“Google Play”dən minlərlə insanın yüklədiyi bu proqram, ulduz falı kimi xidmətlərlə istifadəçilərə aid bank məlumatlarını ələ keçirir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəhs edilən virusun olduğu 29 proqram “Google Play”dən 30 min dəfə yüklənib. Bu virus android istifadəçilərini hədəfə alıb.

Qlobal antivirus proqram şirkəti ESET-in araşdırmalarına görə, bəhs edilən virus ulduz falı proqramları (horoscope) ilə yanaşı, cihaz gücləndirən, təmizləyən və batareya proqramları da daxil olan 29 proqramda yerləşdirilib.

ESET Təhlükəsizlik Araşdırmaçısı Lukas Stefanko, “Bəhs edilən proqramlardan hər hansı birini yükləmisinizsə, bunları Parametrlər> (Ümumi)>Proqram meneceri/Proqramlar bölməsində çıxara bilərsiniz. Şübhəli əməliyyatlara görə bank hesabınızı yoxlamağınızı, internet bank şifrənizi / pin kodunuzu dəyişdirməyinizi məsləhət görürük”, - deyib.

Stefanko, bu cür zərərli virusların hədəfinə çevrilməməyiniz üçün bir neçə tövsiyə də verib:

- Androidlər üçün sadəcə “Google Play”dən proqram yükləyin. Lakin bu həmin proqramın zərərli olmadığına təminat vermir. Ancaq bu cür proqramlar nadir hallarda “Google Play”dən çıxarılır.

- “Google Play”dən proqram yükləməmişdən əvvəl həmin proqramın yüklənmə sayına və yazılan şərhlərə baxın.

- Yüklədiyiniz proqramlarda nəyə icazə verdiyinizə diqqət edin.

Pərvanə AĞAZADƏ
AzNews.az