Taxta qaşıqlar xərçəngə yol aça bilər. Taxta qaşıqlar xərçəngə yol aça bilər.

Taxta qaşıqlar təhlükəlidir! - hər kəsin mətbəxində var

Taxta qaşıqlar xərçəngə yol aça bilər.

Yemək bişirərkən qulpunun isinməməsi, yüngül olması və tavanı cızmaması üçün taxta qaşıqlara tez-tez üstünlük veririk. Yaxşı, taxta qaşıqların bəzən təhlükə yaratdığını bilirdinizmi? Taxta qaşıqlar təmizliyinə və istifadə müddtətinə diqqət yetirilmədikdə xərçəngə yol açır.

Daxili xəstəliklər üzrə mütəxəssis Ayça Kaya hansı hallarda taxta qaşıqların təhlükə yaratdığını və nələr etmək lazım olduğundan danışdı.

Son aprılan bəzi araşdırmalarda istər taxtadan, istərsə də metaldan düzəldilən qaşıqların doğru istifadə edilib təmizlənmədiyi zaman sağlamlığımız üçün böyük təhlükə yaratdığını sübut etdi.

Taxta qaşıqlar istifadə edildikcə üzərindəki cila axır və qaşıq çatlayır. Çatlayan qaşığın bu hissələrinə bakteriyalar dolur və bu bakteriyalar yemək hazırlanarkən yeməyə keçir. Həmçinin bu qaşıqları yuyucu tozla yuyanda çatlaq yerlərə yuyucu toz yerləşir və bu da insan bədənində zəhərlənməyə səbəb olur.Cilalı qaşıqlar həmçinin istifadə edilərkən istinin təsirilə cila axır və bu cila da bədən üçün toksiki təsir göstərir və xərçəngə səbəb olur.

Taxta qaşıq alarkən boyasız və cilasız taxta qaşıq almaq da yaxşıdır. İstifadə edilən taxta qaşıqların çatladığı və qırıldığını görüncə onları yenisi ilə dəyişdirmək lazımdır. Bununla bərabər metal qaşıqların da rənginin dəyişdiyi, cızıldığı görülüncə bədəndə zəhərlənməyə yol açacağı unudulmamalıdır.

Malik LİFTİYEV
AzNews.az