Bəzən supermarketlərdən aldığımız qidalar gözlədiyimiz kimi olmur. Bəzən supermarketlərdən aldığımız qidalar gözlədiyimiz kimi olmur.

Bu qidalari əsla yeməyin!

Bəzən supermarketlərdən aldığımız qidalar gözlədiyimiz kimi olmur.

Bəzi istehsalçılar bizə təbii qidalar satdıqlarını desələr də, bu, heç də belə deyil.

AzNews.az qidaların təbii olub olmadığını anlamaq üçün sizə bəzi ip ucları verir.

Qırmızı kürü

Şüşədən hazırlanmış qab plastik qabdan daha yaxşıdır. Kürü balıq yumurtasıdır. Əgər kürünün hamısı hardasa eyni ölçüdə və yumrudursa, o, təbii deyil.

Toyuqlar

Yüksək keyfiyyətli toyuqların rəngi sarı, həcmi isə balaca olur. Həmin toyuqların bişməsi üçün uzun müddət qaynatmaq lazımdır. Bəzi istehsalçılar toyuqların böyüməsi üçün onlara xüsusi dərmanlar vururlar. Böyük toyuqlar keyfiyyətsiz toyuqlardır.

Soya sousu

Təbii sous ləzzətli olsa da, keyfiyyətsiz sous çox təhlükəli ola bilər. Soya sousunun əsl rəngi açıq qəhvərəngi olmalıdır. Əgər sousun rəngi tünddürsə, onu almağa dəyməz. Ən əsası soya sousunu hazırlamaq çox uzun və əziyyətli prosesdir. Buna görə də onun ucuz satılmağı onun keyfiyyətsiz olmasının göstəricisidir.

Balıqlarda saxta gözlər

Küveytdə balıq satılan mağazaların birində satıcı balıqlar təzə görünsün deyə plastik gözlərdən istifadə etdiyi öyrəniləndə mağaza bağlanıb. Balıq alarkən onun gözlərinə diqqət etməyiniz mütləqdir.

Quru meyvə

Əsl quru meyvənin rəngi canlı və parlaq ola bilməz. Amma bir çox alıcılar quru meyvənin görünüşünə daha çox önəm verdiyi üçün istehsalçılar meyvələri qurudarkən bəzi dərmanlardan istifadə edir. Gözəl görünüşü olmayan quru meyvələr daha keyfiyyətlidir.

Nigar CƏFƏR
AzNews.az