- Maraq dairəsi
- 10 Dekabr 2018 16:45
- 8 572
Diş ağrısını necə kəsmək olar?
Diş ağrısını kəsmək üçün bir sıra dərmanlar var
Ancaq həkimə gedənə kimi ağrını azaltmaq üçün təbii üsullar da mövcuddur.
AzNews.az diş ağrısını ən qısa zamanda aradan qaldıran təbii üsulları təqdim edir:
Qarqara etməklə:
Sirkəli su və duzla edilən qarqara diş ağrısını qısa müddətdə aradan qaldırır. Sirkəli su ilə duz dişi bakteriyalardan təzmiləyir.
Dişə mixək yağı çəkməklə:
Quru mixəyi çeynəmək də eyni effekti verir. Mixəkdəki "eugenol" maddəsi bakteriyaları öldürdüyü üçün diş məcunlarının tərkibində də olur.
Gecə diş ağrayırsa başınızın altını hündür etməklə (iki yastıq qoymaqla) ağrınızdan nisbətən qurtula bilərsiniz.
Nanəli diş məcunu ilə dişinizi təmiz yumaqla
Bu vasitə də dişinizin ağrısının azalmasına kömək edəcək.
AzNews.az