- Maraq dairəsi
- 25 Yanvar 2019 12:07
- 3 192
Yulafın faydalarını bilirsinizmi?
Yulaf unu ürək xəstəliklərinin dərmanıdır.
Əslində yulafın özü deyil, qabıqlarından əldə edilən yulaf unu keçmişdə heyvan yemi olaraq istifadə olunurdu. Son illərdə yulaf unu sağlığa olan faydaları ortaya çıxan kimi ən məşhur sağlam qidalanma məhsullarından birinə çevrilib.
AzNews.az yulaf ununun faydalarını sizə təqdim edir:
Yulaf ununun ən önəmli faydası xolestrolu aşağı salmağa kömək edir. Xolestrolu salaraq arterialın təhlükəli vəziyyətə düşməsinin qarşısını alır. Yulaf unu ürək xəstəliklərinin dərmanıdır. Eyni zamanda karbohidratın həzmini yavaşladaraq şəkərin qan dövranına girmə sürətini azaldır, yeməkdən sonra qan şəkəri səviyyəsini normada saxlayır.
Dietaya daxil olan yulaf unu qandakı qlükoza və insulin səviyyəsini, diabetin ağırlaşmasının qarşısının alınmasında faydalıdır.
Səidə Nurməmmədli
AzNews.az